Rusiyadan İsrailə: Hərbçilərimizin ölümünün taqsırkarı sizsiniz
Posted on : Digər sahələr 09/18/2018
Rusiya müdafi naziri ilə İsrail rejimi müdafiə naziri arasında telefon danışığı baş tutub.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya müdafiə naziri Sergey Şoyqu İsrail rejiminin müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı Rusiyanın vurulmuş İl-20 təyyarəsi ilə bağlı insidenti müzakirə edib.
Qeyd edək ki, məlum hadisə zamanı 15 Rusiya hərbçisi həlak olub.
“Sergey Şoyqu Libermana çatdırıb ki, İsrail hərbi-hava qüvvələrinin məsuliyyətsiz hərəkətləri nəticəsində 15 rusiyalı hərbi qulluqçunun ölümünə səbəb olan faciə baş verib.”, - deyə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Şoyqu bəyan edib ki, “Rusiyanın vurulmuş təyyarəsinin və ekipajın ölümünün taqsırı tamamilə İsrail tərəfinin üzərindədir”.
“Rusiya Müdafiə Nazirliyi müxtəlif qarşılıqlı-əlaqə kanalları dəfələrlə İsrail tərəfini Suriya ərazisinə Rusiya hərbçiləri üçün təhlükə yaradan zərbələr endirməkdən çəkinməyə səsləyib.”, - deyə Şoyqu Libermanla danışıq zamanı əlavə edib və qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin “növbəti cavab addımları atmağa haqqı var”.