header

 İran və Suriya Putinlə Ərdoğanın İdlib razılaşmasını alqışlayır

Suriya və İran Soçidə əldə edilmiş razılığa münasibət bildiriblər.

Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İranın Xarici İşlər Nazirliyi Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Suriyanın İdlib əyalətində silahsızlaşdırılmış zonanın yaradılması haqda qərarını alqışlayır.

İran XİN rəsmisi Bəhram Qaseminin sözlərinə görə, məlum razılıq Suriya böhranının siyasi həllinin inkişafı istiqamətində atılmış mühüm addımdır.

“Rusiya və Türkiyə başçılarının görüşü və Suriyada İdlib məsələsinin həlli öhdəliklərinə dair razılığın əldə edilməsinin elan edilməsi Suriyanın terrorçuların qalıqlarından təmizlənməsi istiqamətində atılmış əhəmiyyətli və prinsipial addımdır.”, - deyə qeyd edilib.

Suriya hökuməti də bu razılığı təqdir edib.

“Suriya Ərəb Respublikası ötən gün Soçidə elan edilmiş İdlib razılaşmasını alqışlayır və qeyd edir ki, bu razılaşma Suriya və Rusiya arasındakı intensiv məsləhətləşmələrin və iki ölkənin koordinasiyasının nəticəsidir.”, - deyə Suriya Xarici İşlər Nazirliyndən bildiriblər.

Xatırladaq ki, Putin və Ərdoğan 17 sentyabrda Soçidə görüş keçiriblər. Görüş 4,5 saata yaxın davam edib.

Liderlər Suriyanın İdlib əyalətində silahsızlşadırılmış bölgənin yaradılması haqda razılığa gəliblər.

Suriya və İran Soçidə əldə edilmiş razılığa münasibət bildiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap