header

 Duanın mütləq qəbul olunması

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ


"Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.”" (Ğafir, 60).

İzah: Yuxarıdakı ayədə dua ibadətin bariz nümunəsi kimi verilmiş və ondan uzaq olmaq Allaha qarşı təkəbbür hesab olunmuşdur. Allahın duaya mütləq cavab verməsi (qəbul etməsi) bir çox Quran ayəsində öz əksini tapmışdır. Duaya cavab vermək tək bəndələrin hacətinin həyata keçməsi yox, həm də onu qəbul etmək və müsbət cavab vermək deməkdir. Odur ki, dua zahirdə qəbul olunmursa, qəbul olunmadığını demək olmaz. Çünki o hacət bəndənin xeyrinə olmaya və Allahın ona cavabı daha layiqli və daha yaxşı ola bilər. Həmçinin, dua dərhal qəbul olunur. Amma onun həyata keçməsi – bəzi məsləhətlərə uyğun olaraq – illər çəkə bilər. Əlbəttə, nəzərə almaq lazımdır ki, duanın bir sıra qaydaları və şərtləri var ki, onlara riayət etmək fərdin duanın faydalarından və nəticələrindən daha çox faydalanmasına səbəb olur. Quranda qeyd olunan bəzi dua qaydaları bunlardır: Allaha həmd-səna etmək, Onun Rəbb olmasına inam, yalvarış və çarəsizlik, qorxu və ümid arasında olmaq, günahları etiraf etmək və s.

Hədis: İmam Əli (ə): “Bil ki, göylərin və yerin xəzinələri (qüdrətli və bacarıqlı) əllərində olan Allah sənə dua etmək və istəmək icazəsi vermiş və (onların) qəbul edilməsinə zəmanət vermişdir. Sənə (istədiyini) vermək üçün istəməyini, mehribanlıq etmək üçün rəhmət və mehribanlıq diləməyini əmr etmişdir.” (Nəhcül-bəlağə, məktub: 31).

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap