header

 ƏDƏB VƏ ONUN İNSAN TALEYİNDƏ TƏSİRİ

İlahi, məni yoxdan var etdin!... Bir zaman mən puç idim! Necə ki, Özün buyurubsan:

هَلْ أَتَى عَلَى الْإِنسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْئًا مَّذْكُورًا

İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın?” (“İnsan” surəsi, ayə 1.)

Bəli, insanın ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək müxtəlif dövrlər olmuşdur. Bu dövrdə o, “insan” adlandırılacaq şəkildə olmamışdır. İlahi, mənə varlıq neməti əta etdin!... Məni Özünə bəndə olmaqla şərəfləndirdin. Mənə minnət qoyaraq Özünü mənim mövlam adlandırdın... Elə isə, ilahi, məni ədəb neməti ilə zənginləşdir!

İnsan Allah-Taalanın hüzurunda bəndəçilikdən başqa bir kimliyə sahib deyil, onun hansı rəngdən, hansı cins və irqdən olması heç də meyar sayılmır. Bunu peyğəmbərlərin Allah-Taala ilə rabitələrində açıq-aşkar müşahidə edirik və bu rabitəyə həqiqət bəxş edən məsələ ədəbdir. Ədəb bəndəçilik xeyməsinin sütunudur. Ədəb yoxdursa, bəndəçilikdən də söz gedə bilməz. Bəzi rəvayətlərdən başa düşülür ki, “ulul-əzm” peyğəmbərlər ədəb-ərkan sahibi olduqlarından bu böyük məqama yüksəlmişlər. (“Əl-burhan fi təfsiril-Quran”, Seyid Haşim Bəhrani, 5-ci cild, səh.51.)

–Tarixdə göstərilir ki, həzrət Nuhun (ə) oğlu ümmətin azğın insanları ilə birlikdə həlakətə yetdi. Onun öz oğluna sevgi-məhəbbəti olsa da, Allah-Taalanın hüzurunda ədəb qaydalarını pozmadı. Bütün vücudunu qəm-qüssə bürüsə də, Allah-Taalanın müqabilində təslim oldu, bir an belə Ona həmd-səna deməkdən yayınmadı... (“Əl-mizan”, Əllamə Təbatəbayi, 6-cı cild, səh.378-379.)

–Həzrət Əyyub (ə) ilahi imtahana tutuldu, bəla və çətinliyə məruz qaldı. Amma Allah-Taalaya raz-niyazdan əl çəkmədi. Diqqəti cəlb edən odur ki, başına gələn o ağır bəla və müsibətləri Allah-Taalaya nisbət vermədi, ədəbini itirmədi, ağrı-acı çəkdiyini dilinə belə gətirmədi, daim Allah-Taalanı rəhmət sifəti ilə yad etdi, təriflədi. “Ənbiya” surəsinin 83-cü ayəsi elə bu məsələyə işarədir:

وَ أَيُّوبَ إِذْ نادى‏ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَ أَنْتَ أَرْحَمُ الرَّاحِمينَ

(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belədemişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”

–Həzrət İbrahim (ə) də nəinki Allah-Taalanın hüzurunda, hətta müşriklərin müqabilində belə son dərəcədə ədəb qaydalarına riayət etdi. Onu boya-başa çatdıran əmisi Azər müşrik olduğu halda, İbrahim (ə) onu daim ədəblə “atacan!” deyə çağırırdı. (“Məryəm” surəsi, ayə 42-45.)

–Həzrət Musa (ə) da belə idi. Xızrla görüşüb, onunla yoldaş olmaq üçün vəd etdikdə, öz vədini Allah-Taalanın iradə və istəyi ilə zinətləndirdi; həm Allah-Taala ilə birgə olmaq ədəbini gözlədi, həm də ustadı Xızrın ehtiramını saxladı. “Kəhf” surəsinin 69-cu ayəsində buyurulur:

قالَ سَتَجِدُنِي إِنْ شاءَ اللَّهُ صابِراً وَ لا أَعْصِي لَكَ أَمْراَ

(Musa) dedi: “Allahın istəyi ilə səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”

Qurani-Kərim ədəb-ərkanı nicat və qurtuluş, ədəbsizliyi isə bədbəxtlik səbəbi adlandırır və keçmiş ümmətlərin başına gələn bəlaları bəyan etməklə haqqı-həqiqəti İslam ümmətinə göstərir, müsəlmanların həm Allahın, həm də Onun Rəsulunun müqabilində ədəbli olmaqlarını istəyir. “Hücurat” surəsinin 2-ci ayəsi buna bir nümunədir:

يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تَرْفَعُوا أَصْواتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَ لا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمالُكُمْ وَ أَنْتُمْ لا تَشْعُرُونَ

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz dəbilmədən, əməlləriniz puç olar.”

HÜRR OLMAĞI UNUTMAYAQ!

Bilməliyik ki, ədəb qaydalrına riayət Kərbəlada da nicat və qurtuluşa səbəb oldu. Necə ki, qəlbləri kor və xəstə olanların ədəbsizliyi həlakət və bədbəxtlikləri ilə nəticələndi. Tarixi rəvayətlərdə göstərilir ki, Hürr ibn Yəzid Riyahi başçılıq etdiyi min nəfər qoşunla birlikdə imam Hüseynin (ə) yolunu kəsdikdə, İmamla (ə) rəftarında ədəb-ərkandan kənara çıxmadı. Hətta namaz vaxtı o həzrətə iqtida etdi. Onun ədəbi nicat və səadətə yetməsi ilə nəticələndi.

Gəlin biz də bu matəm günlərində Hürr kimi hürr olaq, azad olmağı, azad yaşamağı unutmayaq!

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap