Hindistanda məscid bağlandı:Müsəlmanlar etiraz aksiyası keçirdi
Posted on :
Digər sahələr
09/13/2018
Hindistanın Gurgaon şəhəri bələdiyyəsi hindu ifratçı qrupların təzyiqi ilə bu şəhərdəki məscidi bağlayıb.
Hindistanın Gurgaon şəhəri bələdiyyəsi hindu ifratçı qrupların təzyiqi ilə bu şəhərdəki məscidi bağlayıb.
Tashaio.com xəbər verir ki, “Hindustan Times”-ın yazdığına görə, müsəlmanlar Gurgaon şəhər bələdiyyəsi qarşısında etiraz aksiyası keçirib və məscidin bağlanmasına etiraz edib.
Qəzetin məlumata görə, Hindistan rəsmiləri məscidin bağlanmasına səbəb kimi, məscidin Hərbi Hava Qüvvələrinə məxsus elektrik şitinin yaxınlğında yerləşməsini göstərib.
Müsəlmanlar isə bu iddaların bəhanə olduğunu və hindu ifratçı qrupların şikayəti əsasında məscidin bağlandığını bildirir. Onlar qeyd edir ki, məsciddən azan səsinin ucalması ifratçı hinduların polisə şikayətinə məscidin bağlanmasına səbəb olub.
Gurgaon İslami Birliyin sədri Hazzi Səccad Xan deyib ki, bu addım qəbul olunmazdır və onlar müsəlmanları qızışdırıb, çaxnaşmalara çəkməyi hədəfləyirlər. Biz bu addımları pisləyirik.