header

 İranda möhtəkirliklə məşğul olanlara edam xəbərdarlığı

İranda milli valyutanın dəyərdən düşməsi ilə əlaqədar malları anbarlarda saxlayanlar, bununla da bazarlarda qiymətləri süni şəkildə artıranlar 5-20 il müddətinə azadlıqdan məhrum edilməklə sərt şəkildə cəzalandırıla, hətta edam oluna bilərlər.

Tashaio.com.com-un Anadolu Agency-ə istinadla verdiyi məlumata görə, bu barədə İİR Vəkillər Asossiasiyası İdarəçiliyinin üzvü Mehdi Hüccəti bəyan edib.

Hüccəti bu bəyanatı İranda iqtisadi böhran şəraitindən istifadə  edənlərə qarşı cinayət işinin qaldırılması barədə informasiyanı şərh edərkən bildirib. 

«Ərzaq və ya digər həyati vacib vəsaitlərin anbarlarda saxlanılmasını dövlətə zərbə vurmaq hədəfi ilə həyata keçirənlər Yer üzündə fəsad yaymaqla təqsirləndirilərək edama məhkum ediləcəklər», - deyə o, bildirib.

Qeyd edək ki, İranda milli valyutanın kursunun kəskin düşməsi ilə bir çox sahibkar  əvvəllər aldıqları malları depolarda saxlayaraq qiymət artımına səbəb olmuşdu.

Tehran, Təbriz və Rey şəhərlərində səhiyyə, ərzaq və təmizlik vəsaitlərinin olduğu bir sıra depolar aşkar olunaraq müsadirə edilib, sahibkarlar isə istintaqa cəlb olunub.

İranda milli valyutanın dəyərdən düşməsi ilə əlaqədar malları anbarlarda saxlayanlar, bununla da bazarlarda qiymətləri süni şəkildə artıranlar 5-20 il müddətinə azadlıqdan məhrum edilməklə sərt şəkildə cəzalandırıla, hətta edam oluna bilərlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap