header

 Cənubi Koreya İrandan neft ixracını tamamilə dayandırıb

Cənubi Koreya ABŞ-ın təzyiqləri nəticəsində İrandan neft ixracını tamamilə dayandırıb.

Cənubi Koreya ABŞ-ın təzyiqləri nəticəsində İrandan neft ixracını tamamilə dayandırıb.

Tashaio.com bildirir ki, "Bloomberq"in xəbərinə görə, İrandan iyul ayında 194 min barrel neft idxal edən Cənubi Koreyalı neft şirkətləri avqustda neft alışını sıfıra endirib.

Koreya Enerji İqtisadiyyatı İnstitutu mütəxəssislərindən Kim Jae-Kyunq ABŞ ilə münasibətlərin davam etdirilməsinin Cənubi Koreya üçün son dərəcə əhəmiyyətli olduğunu bildirərək, "Cənubi Koreyanın milli təhlükəsizliyi ABŞ ilə hərbi ittifaqa bağlıdır. Bu da hökumətlər arasında danışıqlar başa çatmamışdan əvvəl idxalı proaktiv olaraq azaltmağa yönəldir", - deyə bildirib.

Xatırladaq ki, ABŞ nüvə müqavilədən birtərəfli olaraq çəkilməsindən sonra İrana ilk mərhələdə sanksiyaları 7 avqustda işə salacağını açıqlamış və müttəfiqlərindən İranla neft ticarətlərini ikinci mərhələ sanksiyaların başlayacağı 5 noyabra qədər başa çatdırmasını istəmişdi.

ABŞ rəhbərliyi 5 noyabrda işə salacağı ikinci mərhələ sanksiyalarla İranın neft ixracını sıfıra endirməyi düşünür. Ancaq Çin və Hindistan başda olmaqla İranın neft ixrac etdiyi ölkələr Tehranla ticarəti tamamilə dayandırmayacaqlarını bildirib.

ABŞ-ın istədiyi şəkildə İranın neft ixracının sıfıra enməsi mümkün görünməsə də, sanksiyalarla Tehranın neft ixracının təxminən 1 milyon barrelə düşməsi nəzərdə tutulur. Bu da təxminən 60 milyard dollar olan İranın illik neft gəlirinin 27 milyard azalması deməkdir.

Bu arada Cənubi Koreya İrandan neft idxalının sərbəst şəkildə ölkəyə daxil edilməsi məsələsində ABŞ ilə müzakirələrini davam etdirir. İran gündəlik orta hesabla 2 milyon 200 min barrel olan xam neft ixracının yarısını Çin və Hindistana, 25 faizini Avropa ölkələrinə, bir qismini isə Cənubi Koreya, Yaponiya və Türkiyəyə satır.

Cənubi Koreya ABŞ-ın təzyiqləri nəticəsində İrandan neft ixracını tamamilə dayandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap