header

 Azərbaycan Ruhanilər Məclisi Məhərrəm ayının başlanması ilə əlaqədar başsağlığı verir

Azərbaycan Ruhanilər Məclisi (ARM ) Məhərrəm ayının başlanması ilə əlaqədar başsağlığı verir.

Azərbaycan Ruhanilər Məclisi (ARM ) Məhərrəm ayının başlanması ilə əlaqədar başsağlığı verir. 
 
Tashaio.com xəbər verir ki, ARM-ın başsağlığında deyilir:  
 
"Bismillahir-rəhmanir-rəhim. 
 
Peyğəmbər (s) buyurub:
 
اِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرَدُ اَبَدًا
 
 
Möminlərin qəlbində İmam Hüseynin (ə) şəhadətinə görə elə bir hərarət vardır ki, o hərarət heç vaxt soyumaz.
 
Məhərrəm ayı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da Əhli-beytsevər müsəlman xalqımız tərəfindən daim matəm ayı kimi qeyd olunmuşdur. 
 
İldən-ilə xüsusi əzəmətlə qeyd olunan əza məclisləri xalqımızın Peyğəmbər (s) və onun pak ailəsi Əhli-beytə (ə) olan sevgisinin bariz göstəricisidir. Tarixin qaranlıq səhifələri belə bu sevginin üzərinə kölgə sala bilməmişdir. Hər il haqq və ədalət yolunun şəhidi Həzrət Hüseynə (ə) matəm saxlamaqla, xalqımız haqq və ədalətsevər bir xalq olduqunu təsdiqləmişdir.
 
Bu milli-mənəvi irsin qorunub saxlanılmasında mərd, şücaətli, vətənpərvər və zəngin mənəviyyatı olan əcdadlarımızın rolu danılmazdır. Onlar bütün sıxıntılara baxmayaraq, əza məclisləri keçirtməklə, İmam Hüseynin (ə) adını övladlarına qoymaqla, yazılı və şifahi ədəbiyyatda Aşuraya yer ayırmaqla, öz ata-babalarından irs qalan bu milli-mənəvi dəyəri günümüzə gətirib çatdıra bilmişlər. 
 
Dünya və axirət səadətinin təminatçısı olan Aşuranı qoruyub gələcək nəsillərə ötürmək bugünkü nəslin öhdəsinə düşür. 
 
Ümid edirik ki, hər il olduğu kimi bu il də xalqımız İmam Hüseynin (ə) adı və xatirəsinə həsr olunan məclislərdə iştirak etməklə, o Həzrətin (ə) qiyamını, amal və hədəflərini öyrənməklə, bu matəm ayının hörmətini qoruyacaq, Peyğəmbər (s) və onun pak Əhli-beytinin (ə) qəmində şərik olacaqdır.
 
Azərbaycan Ruhanilər Məclisi (ARM) şəhidlər sərvəri İmam Hüseyn (ə) və vəfalı səhabələrinin matəm günlərinin gəlişi münasibətilə xalqımıza başsağlığı verir və uca Allahdan bu əzadarlıqların qəbul olunmasını diləyir!” 
 
 
Azərbaycan Ruhanilər Məclisi (ARM)
10.09.2018
Azərbaycan Ruhanilər Məclisi (ARM ) Məhərrəm ayının başlanması ilə əlaqədar başsağlığı verir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap