header

 İsrail qüvvələri dinc aksiyaya odlu silahla hücum etdi: 1 fələstinli şəhid oldu, 94 nəfər yaralandı

Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 1 fələstinli şəhid olub, 94 nəfər yaralanıb.

Tashaio.com  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Vəfa Yaqi məlumat verib.
 
"Rafah şəhərində bir fələstinli ölüb, 94 nəfər müxtəlif xəsarətlər alıb", — deyə Yaqi bildirib.
Onun sözlərinə görə, yaralılardan 37-si xəstəxanalara yerləşdirilib, digərlərinə isə həkimlər yerində tibbi yardım göstəriblər.
 
Qeyd edək ki,martın 30-dan etibarən start verilmiş Böyük Qayıdış yürüşü dinc aksiyalarında iyul ayının sonuna olan statistikaya əsasən, amansızlıqla öldürülmüş fələstinlilərin sayı təqribən 160 nəfər, yaralıların sayı isə 18 min nəfərdən çox təşkil edir. 
 
İşğalçı İsrail rejim əsgərləri tərəfindən öldürülənlərdən 23 nəfər yaşı 18-dən aşağı olan uşaq və yeniyetmələrdir, üç nəfər isə qadındır. Statistikaya əsasən xəsarət alanların 3279 nəfəri uşaq, 1553 nəfəri isə qadındır.
 
5 aydır davam edən aksiyalar zamanı 3 tibb personalı öldürülüb, 360-ı isə həqiqi güllə və zəhərli qaz səbəbilə xəsarət alıb, 69 təcili yardım maşınına ziyan dəyib.
Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 1 fələstinli şəhid olub, 94 nəfər yaralanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap