Rusiya: İŞİD qanuni biznesdən “gəlir” qazanmağa başlayıb
Posted on : Digər sahələr 09/06/2018
İŞİD terror təşkilatı pullarını leqal (qanuni) biznesə yatırmağa başlayıb.
Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı pullarını leqal (qanuni) biznesə yatırmağa başlayıb.
Bu haqda Rusiya Federal Təhlükəsizlik Bürosunun (FTB) rəsmisi Sergey Beseda Mokvada keçirilən beynəlxalq anti-terror konfransında bəyan edib.
Onun sözlərinə görə, İŞİD əsas gəlirini əvvəlki kimi neft satışı və nəzarətdə saxladığı ərazilərin sakinlərindən topladığı “vergilərdən” əldə edir.
Üstəlik, 2014-cü illə müqayisədə terror qruplaşmasının gəliri 10 dəfə azalıb. Əgər 2014-cü ildə terrorçular 3 milyard dollar “qazanmışdılarsa”, indi bu rəqəm 200-300 milyon dollardan çox deyil.