header

 ABŞ-ın Fələstin qaçqınlarına yardımı kəsməkdə əsl hədəfi - ANALİZ

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İsraili sevindirəcək yeni bir addım ataraq, ABŞ-ın BMT nəzdində 1949-cu ildə yaradılan UNRWA (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım Agentliyi) vasitəsilə Qəzza və İordan çayının qərbi sahilində yaşayan fələstinlilər üçün hər il etdiyi 200 milyon dollardan artıq maliyyə yardımını kəsdiyini elan edib. ABŞ, bir müddət əvvəl də UNRWA-ya etdiyi maliyyə yardımını da bir qədər azaltmışdı.

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İsraili sevindirəcək yeni bir addım ataraq, ABŞ-ın BMT nəzdində 1949-cu ildə yaradılan UNRWA (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım Agentliyi) vasitəsilə Qəzza və İordan çayının qərbi sahilində yaşayan fələstinlilər üçün hər il etdiyi 200 milyon dollardan artıq maliyyə yardımını kəsdiyini elan edib. ABŞ, bir müddət əvvəl də UNRWA-ya etdiyi maliyyə yardımını da bir qədər azaltmışdı.

Fələstinlilər baxımından Trampın yeni addımı ABŞ-ın Fələstin probleminin dinc şəkildə həll ehtimalını dinamitləyən son mərifətidir. Belə ki, Tramp rəhbərliyinin 2018-ci ilin may ayında İsraildəki Amerika səfirliyini Təl-Əvivdən Şərq hissəsi 1967-ci ildə İsrailin işğalı altında olan Qüdsə köçürmək qərarı verməsi və bununla yanaşı Qüdsü İsrailin paytaxtı kimi tanıması dağıdıcı nəticələri olan başqa bir təşəbbüs idi. Bir amerikalı rəhbərliyə görə, fələstinlilərə yardımın kəsilməsi qərarı Qəzzada davam edən insani faciədə böyük payı olduğunu irəli sürdüyü Həmas rəhbərliyinə verilən mesaj kimi də oxunmalıdır.

Hədəf 5 milyon qaçqının qayıdış hüququnun ləğvidir

Fələstinli rəsmilərin fikrincə, ABŞ-ın bu qərarının arxasında təkcə iqtisadi deyil, eyni zamanda siyasi motivlər var. ABŞ 2018-ci ilin may ayında səfirliyini Qüdsə köçürmək qərarı ilə Qüdsün statusu məsələsini Fələstinin gələcəyinə dair danışıqlar masasından tamamilə çıxarmaq niyyətini göstərir. İndi də UNRWA-nı fəaliyyətsiz qoymaq yolunda atdığı bu son addımla, ABŞ mühacirətdə yaşayan və sayları ən azı 5 milyon olan fələstinlilərin öz torpaqlarına qayıdış hüququnu tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub. Bu prosesdə ABŞ-ın güddüyü başqa bir hədəf isə İsraillə ərəb ölkələri arasındakı əlaqələri bu əlverişli konyuktura daxilində tamamilə normallaşdırmaqdır.

Məlum olduğu kimi, ABŞ-ın Qüdsə dair qərarından sonra Fələstin rəsmiləri ABŞ rəhbərliyi ilə bütün görüşləri təxirə salıblar. Bundan başqa, ABŞ-ın artıq Yaxın Şərq sülh prosesində vasitəçilik edə bilməyəcəyini irəli sürdülər. Mövcud Fələstin rəhbərliyi (Mahmud Abbas) ABŞ-ın Fələstin xalqını hədəf alan bu son iki təşəbbüsünü nəzərə alaraq, iki dövlərli həllin artıq bu ölkə tərəfindən tamamilə sıradan çıxarıldığını; bir qədər də irəli getsək, ABŞ tamamilə İsrailin sülh əleydarı olan baş naziri Binyamin Netanyahunun hədəflərinə şəfqət göstərdiyini ifadə etdi. ABŞ-ın fələstinlilərə etdiyi maliyyə yardımı tamamilə kəsməsi ilə başlayan bu yeni böhran, İsrailin 2006-cı ildən bu yana Qəzzaya tətbiq etdiyi ölümcül blokada və embarqonun bölgədə səbə bolduğu humanitar fəlakətin dözülməz səviyyəyə çatdığı bir dövrə tuş gəlir. Bundan əlavə, Qəzzada mart ayından bu yana Həmas rəhbərliyini hədəfə alan və bəzən silahlı toqquşmalara qədər gedən etiraz aksiyaları keçirilir.

Tramp rəhbərliyinin UNRWA-ya yönəltdiyi iradlardan biri sözügedən agentliyin "Fələstinli qaçqın" statusuna İsrailin rejiminin yaradıldığı dövrdə Fələstin torpaqlarını işğalı və amansızlıqla həyata keçirdiyi etnik təmizləməyə görə evlərini tərk etmək məcburiyyətində qalan birinci nəsil qaçqınlarla yanaşı onların uşaqlarını və nəvələrini da daxil etməsidir. İsrail tərəfi düşünür ki, birinci nəsil fələstinli qaçqınlar ilə onların soyundan gələnlərin "qaçqın" kimi tanınması, əgər bunların geri dönüş haqqı qəbul edilərsə, İsrail dövlətinin hakim "yəhudi" xarakterini sıradan çıxaracaq. Bu ilin əvvəllərində rejimin baş naziri Netanyahu UNRWA-nın tamamilə ləğv edilməsi istiqamətində müraciət edərkən, bu agentliyi qaçqın statusuna malik olmayan insanları da "qaçqın" kimi göstərib, onlara maddi dəstək göstərməkdə ittiham etmişdi. UNRWA-nın beynəlxalq hüquqa uyğun şəkildə qaçqınlara dair verdiyi açıqlamanı rədd edən Amerika rəhbərliyi, xüsusilə 1948-49-cu illər ərzində ölkəsini tərk etmək məcburiyyətində qalmış fələstinlilərin və onların nəslindən gələnlərin böyük bir hissəsinin tarixi Fələstin torpaqlarına qayıdış hüququnu yox saymış olur.

XXI əsrin yeni "Balfur Bəyannaməsi"

ABŞ-ın UNRWA-ya etdiyi yardımları kəsməsinin arxasında nail olmaq istədiyi üç əsas hədəf var: Birincisi, Fələstin xalqının "nəfəs ala bütün kanallarını" bağlayaraq, onun müqavimətini tamamilə qırmaq və bu məzlum xalqın "təslim sazişi" xarakterli bir "həlli" (!) qəbula məcbur etmək; İkincisi, Həmas ilə Fələstin xalqını qarşı-qarşıya gətirmək, xüsusi ilə Qəzzada Həmas rəhbərliyinə qarşı güclü müxalifətin yaranmasını və sonra bu müxalif qüvvələrə mövcud hakimiyyəti vəzifədən uzaqlaşdırmaqda yardım etmək; Üçüncüsü, İsraillə müşavirə halında, yəqin ki, bəzi ərəb ölkələrinin gizli və ya açıq dəstəyi ilə Fələstin xalqına "dövlət" olmaqdan başqa hər şeyə oxşayan siyasi formulu qəbul etdirməyi planlaşdırır. Bu "dövlət" (!) hissə-hissə mənzillərdən ibarət olacaq (Cənubi Afrikada aparteid dövründə irqçi rejimin əli ilə yaradılmış Bantustanlar kimi), Şərq Qüds daxil olmayacaq, siyasi və hərbi olaraq İsrailin nəzarətində, terminlə, onun "qulu" olacaqdır. ABŞ-İsrail cütlüyünün həm Fələstin xalqına, həm də ərəb və müsəlman xalqlara yeni xəyanəti olan və bu cəhətdən də XXI əsrin yeni "Balfur Bəyannaməsi" kimi tanınması lazım olan tələyə bənzər bu planı addım-addım qüvvəyə mindirməyə çalışırlar. Bu yeni plan özünü nə İsrailin 1967-ci il müharibəsində işğal etdiyi Fələstin torpaqlarından çıxarılmasını tələb edən 242 və 338 saylı BMT Təhlükəsizlik Şurası qərarlarının yaratdığı həll çərçivəsi ilə, nə də ümumiyyətlə beynəlxalq hüququn yaratdığı normativ hüquqi aktlarla, məsələn, Fələstin xalqının öz müqəddəratını həll etmək haqqı ilə uyğun gəlmir. Məqsəd çox dəqiq olaraq ərəb dünyasının tənəzzülə uğradığı və müqavimət gücünü əhəmiyyətli dərəcədə itirdiyi bu qədər "münbit" bir şəraitdə, "Fələstin problemi"ni İsrailin istədiyi şəkildə tez-bazar həll etməkdir.

Fələstin rəhbərliyinin fikrincə, özünü dünyada demokratiyanın beşiyi kimi təqdim edən ABŞ bu cür xain planlar icra etmək əvəzinə, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına imkan yaratmalıdır. Bu çərçivədə Vaşinqtonun BMT qətnamələrini və beynəlxalq hüququ özünə əsas istinad çərçivəsi kimi qəbul etməsi ən doğru davranış olar. Mahmud Abbasın rəhbərliyindəki Fələstin rəhbərliyi 1993-cü ildən başlayan Oslo prosesinin nəzərdə tutduğunu irəli sürdükləri iki dövlətli həlli həyata keçirmək üçün İsrailə qarşı həm daxildə, həm də xaricdə ciddi müqavimət göstərməkdən imtina etdi. Halbuki bu prosesdə nə ABŞ-ın, nə də İsrailin davamlı və suveren bir Fələstin dövlətinin qurulmasına imkan yaradacaq niyyətləri və planları yox idi. Bu gün isə artıq elə bir nöqtədəyik ki, İsrail ABŞ-dan aldığı cəsarətlə bir neçə aydır "Böyük Qayıdış Yürüşü" adı altında İsrailin 1976-cı ildə fələstinlilərə aid minlərlə hektar ərazini qəsb etməsindən sonra baş verən hadisələrin anıldığı, eyni zamanda bütün fələstinli qaçqınların tarixi Fələstin torpaqlarına qayıdış hüququnu canlandıran aksiyalar zamanı 170-dən çox fələstinlini şəhid etməkdən çəkinmədi. İsrail-ABŞ cütlüyünün fələstinliləri hədəf alan azğınlığı bu gün heç bir sərhəd tanımır. Doğrudur, ABŞ rəhbərliyi uzun müddətdir İsraillə müşavirə halında Fələstinə dair sülh planı hazırlayır. Amma bu elə bir "sülh planı"dır ki, Fələstin xalqı üçün bu üç şeyi nəzərdə tutur: daimi əsarət, alçaltma və millət olaraq yox hesab edilmə.

"İslam dünyası" adlandırılan kəsim isə qış yuxusundadır.

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İsraili sevindirəcək yeni bir addım ataraq, ABŞ-ın BMT nəzdində 1949-cu ildə yaradılan UNRWA (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım Agentliyi) vasitəsilə Qəzza və İordan çayının qərbi sahilində yaşayan fələstinlilər üçün hər il etdiyi 200 milyon dollardan artıq maliyyə yardımını kəsdiyini elan edib. ABŞ, bir müddət əvvəl də UNRWA-ya etdiyi maliyyə yardımını da bir qədər azaltmışdı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap