header

 NAMAZIN SAVABINI 70 DƏFƏ ARTIRAN ƏMƏL

Ətirlənmiş halda qılınan bir rükət namaz ətirlənməmiş halda qılınan 70 rükət namazdan fəzilətlidir.

İmam Sadiq (ə) buyurmuşdur:

رَكعَتانِ يُصَلّيهِما مُتَعَطِّرٌ أفضَلُ مِن سَبعينَ رَكعَةً يُصَلّيها غَيرُ مُتَعَطِّرٍ

“Ətirlənmiş halda qılınan bir rükət namaz ətirlənməmiş halda qılınan 70 rükət namazdan fəzilətlidir.” (“Səvabul-əmal”, səh.62.)

Abdullah ibn Haris nəql edir ki, imam Səccadın (ə) səccadəsində həmişə ətir olardı və namaz qılmaq istədikdə, ondan istifadə edərdi.

İmam Sadiqdən (ə) nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) həmişə dəstəmaz aldıqdan sonra ətir vurardı…

Əhli-beytin (ə) digər üzvlərinin də bu məsələyə xüsusi diqqət etdikləri haqda bəs qədər hədislər vardır.

Peyğəmbəri-Əkrəmin (s) bir kəlamında namazın savabını 70 dəfə artıran başqa bir əməl haqqında da söz açılmışdır:

رَكعَتانِ بِسِواكٍ أفضَلُ مِن سَبعينَ رَكعَةً بِغَيرِ سِواكٍ

“Dişləri fırçalayıb iki rükət namaz qılmaq dişləri fırçalamadan qılınan 70 rükət namazdan üstün və fəzilətlidir.” (“Məhasini-Bərqi”, səh.382.)

Ətirlənmiş halda qılınan bir rükət namaz ətirlənməmiş halda qılınan 70 rükət namazdan fəzilətlidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap