header

 Ayətullah Xamenei: MÜBAHİLƏ günü olayı eynilə Məhərrəm ayında da əməli surətdə həyata keçir

Bu gün Mübahilə günüdür. Bir neçə gündən sonra Məhərrəm ayı başlayacaq. Bu əlamətdar hadisələr qəlblərə və zehinlərə dini təbliğ etmək, həqiqəti yaymaq uğrunda qolunu çırmalamış bizlər üçün olduqca mühüm və ibrətamizdir

Bu gün Mübahilə günüdür. Bir neçə gündən sonra Məhərrəm ayı başlayacaq. Bu əlamətdar hadisələr qəlblərə və zehinlərə dini təbliğ etmək, həqiqəti yaymaq uğrunda qolunu çırmalamış bizlər üçün olduqca mühüm və ibrətamizdir
 
Mübahilə günü kəramətli İslam Peyğəmbərinin (s) ən əziz adamlarını özü ilə birgə meydana gətirib gəldiyi bir gündür. Mübahilə hadisəsində mühüm olan məqam budur ki, burada
 
و انفسنا و انفسكم
 
“Biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri)”. (“Ali-İmran” surəsi, ayə 61)
 
var;
 
و نساءنا و نساءكم
 
“Biz öz qadınlarımızı, siz öz qadınlarınızı”. (“Ali-İmran” surəsi, ayə 61)
 
da var. Allahın Rəsulu (s) özünə ən əziz olan insanları seçib hamının gözü qarşısında haqq və batil arasındakı fərqin, açıq-aşkar meyarın müəyyənləşdirilməsi üçün qarşılıqlı dəlillərin gətirildiyi bir meydana çıxarır. Bu hadisəyə qədər heç vaxt dinin təbliğ olunması və həqiqətin bəyan edilməsi naminə Peyğəmbərin (s) əzizlərinin, övladlarının, qızının, qardaşı və canişini olan Əmirəl-mömininin (ə) əlindən tutub meydanın ortasına gətirməsinə təsadüf olunmamışdı. Mübahilə gününün müstəsna əhəmiyyəti məhz bunda özünü göstərir. Yəni Mübahilə günü həqiqətin bəyan edilməsinin, həqiqətin xalqa çatdırılmasının nə qədər mühüm olduğunu göstərir. Peyğəmbərimiz (s) əzizlərini ortaya gətirib: “Gəlin, mübahilə edək! Kim haqlıdırsa, qalsın. Kim haqqın əleyhinədirsə, Tanrının verdiyi əzabla nəsli-kökü kəsilsin!” – deyir.
 
Bu olay eynilə məhərrəm ayında da əməli surətdə həyata keçir. Yəni tarixə nəzər salsaq, görərik ki, imam Hüseyn (ə) həm həqiqətləri açıqlamaq, həm də xalqı maarifləndirmək üçün eynilə Peyğəmbər (s) kimi özünün ən əziz adamlarını meydanın ortasına çıxarır. Hadisələrin nə ilə nəticələnəcəyini yaxşı bilən imam Hüseyn (ə) bacısı Zeynəbi (s.ə), xanımlarını, övladlarını, sevimli qardaşlarını özü ilə gətirir. Burada da əsas məsələ dinin təbliğ olunmasıdır; söhbət, sözün əsl mənasında, təbliğdən – İlahi müjdənin xalqa çatdırılmasından, mövcud vəziyyətin aydınlaşdırılmasından gedir. Təbliğat məsələsinin nə qədər çoxcəhətli və mühüm olduğunu yalnız bu cür dərk etmək olar. İmam Hüseyn (ə) məşhur xütbəsində belə buyurur:
 
من رأى سلطانا جائرا مستحلّا لحرم اللَّه ناكثا لعهداللَّه... و لم‌يغيّر عليه بفعل و لا قول كان حقّا على اللَّه ان يدخله مدخله
 
“Zülmkar bir hakimin Tanrının haram buyurduqlarını halal hesab etdiyini və Allahla bağlanmış əhd-peymanı kəsdiyini görən hər bir şəxs öz rəftarı və danışığı ilə onun əməllərinin qarşısını almırsa, Qiyamət günü həmin zalım hakimlə bir sırada durmağa daha layiqdir”. (“Məqtəle Əbi Moxnəf”, səh. 85)
 
Yəni zülmkar hakim cəmiyyətdəki atmosferi bu qədər korlayıb anlaşılmaz hala saldıqda ya sözlə, ya da əməli işlə xalqı maarifləndirmək lazımdır. İmam Hüseyn (ə) o cür ağır ödəniş hesabına olsa belə, bu mühüm missiyanı yerinə yetirir: ailə üzvlərini, həyat yoldaşlarını, əzizlərini, Əmirəl-möminin (ə) övladlarını, Zeynəbi-kubranı (s.ə) özü ilə birgə götürüb döyüş meydanına gətirir.
 
 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei
Bu gün Mübahilə günüdür. Bir neçə gündən sonra Məhərrəm ayı başlayacaq. Bu əlamətdar hadisələr qəlblərə və zehinlərə dini təbliğ etmək, həqiqəti yaymaq uğrunda qolunu çırmalamış bizlər üçün olduqca mühüm və ibrətamizdir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap