Bəşər Əsəd amerikalı senatorla görüşüb
Posted on : Digər sahələr 09/05/2018
Suriya prezidenti Bəşər Əsəd amerikalı senator Riçard Bleki qəbul edib.
Suriya prezidenti Bəşər Əsəd amerikalı senator Riçard Bleki qəbul edib. Tashaio.com bildirir ki, bu barədə Suriyanın Prezident Administrasiyası Twitter səhifəsində şəkil paylaşıb.
ABŞ-ın Vircinya ştatının senatoru olan Riçard Blek Bəşər Əsədlə görüş zamanı regionda təhlükəsizlik məsələləri, o cümlədən İdlibdəki əməliyyatı müzakirə edib.
Amerikalı senator Bəşər Əsədə görüş zamanı deyib ki, Suriyaya son səfəri zamanı ölkədə bəzi regionlara həyatın yenidən qayıtmasının şahidi olub.