header

 “MÜBAHİLƏ” GÜNÜNÜN ƏMƏLLƏRİ

Zilhiccə ayının 24-ü (Sentyabrın 5-i) “Mübahilə” günüdür.

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.”

Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı və təyin olunan gün (mübahilə günü) Peyğəmbəri-Əkrəm (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianlar Peyğəmbəri-Əkrəmin (s) az sayda (yəni öz yaxınları və sevdikləri ilə) mübahiləyə gəldiyini görüb o həzrətin haqq olduğunu düşündülər, mübahilə etməkdən qorxub sülh edərək cizyə (vergi) verməyə razılaşdılar.

İslamın qələbə çaldığı bu şərəfli gününün özünəməxsus bir neçə əməli var:

1. Qüsl etmək (Mübahilə gününün qüslü niyyətilə);

2. Oruc tutmaq;

3. Günorta azanından öncə iki rükət namaz qılmaq: belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunmalıdır. (“Ayətül-kürsü”nü “Hum fiha xalidun” ayəsinə qədər oxumaq tövsiyə olunur və bu namaz ”Qədir-Xum” bayramı gününə məxsus namazla eynidir.)

4. “Mübahilə” gününün namazından sonra yetmiş dəfə “istiğfar” etmək (tövbə edib Allahdan günahların bağışlanmasını diləmək);

5. Ramazan ayının “Səhər” duasına oxşar olan “Mübahilə” duasını oxumaq:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّهِ...

Oxunuşu: Əllahummə inni əs`əlukə min bəhaikə biəbhahu, və kullu bəhaikə bəhiyy. Əllahummə inni əs`əlukə bibəhaikə kullih. Əllahummə inni əs`əlukə min cəlalikə biəcəllihi, və kullu cəlalikə cəlil. Əllahummə inni əs`əlukə bicəlalikə kullih. Əllahummə inni əs`əlukə min cəmalikə biəcməlihi, və kullu cəmalikə cəmil. Əllahummə inni əs`əlukə bicəmalikə kullih...

Tərcüməsi: İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şövkətinin ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şövkətinin bütün dərəcələri alidir! İlahi, Sənin şövkətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri alidir! İlahi, Sənin camalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm...

6. Yoxsullara yardım etmək və sədəqə vermək;

7. “Camiə Kəbirə” ziyarətnaməsini oxumaq.

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zilhiccə ayının əməlləri” bölümü.)

Zilhiccə ayının 24-ü (Sentyabrın 5-i) “Mübahilə” günüdür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap