header

 AİP həbsdə olan liderləri Mövsüm Səmədovu 53 yaşı münasibəti ilə təbrik etdi

Azərbaycan İslam Partiyası qurumun lideri Hacı Mövsüm Səmədovu doğum günü münasibətilə təbrik edib

Partiyanın Mətbuat Xidmətindən “İslaminSesi”nə daxil olan təbrik müraciətində deyilir:

 

“Çox hörmətli və əziz qardaşımız, dəyərli ruhani və mübariz liderimiz, haqq yolunun yorulmaz, sarsılmaz bələdçisi Doktor Hacı Mövsüm Səmədov! Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə Allahın gözəl nemətlərindən olan can sağlığı, xalqımız üçün xeyirli, Yaradan qarşısında təqvalı əməllərinizin xəzinəsi olan ömrünüzə bərəkət, İslam yolunda nümunə sayıla bilən ən yüksək məqama sahib olmağınızı arzulayırıq.

 

Siyasi fəaliyyətə başladığınız istər milli azadlıq hərəkatında, istərsə də 1993-cü ildən qədəm qoyduğunuz Azərbaycan İslam Partiyası sıralarında malik olduğunuz sarsılmaz iradə, haqqı batildən ayıran siyasi təfəkkürünüz və qabaqgörənliyiniz, zülmün qarşısında baş əyməmək və zalım zümrənin məzlum insanlara qarşı zərərli vərdişlərini həmişə tənqid etmək kimi mətin mənəviyyata malik olmağınız ardıcıllarınız olaraq biz İslamçıların qəlbində, şüurunda həmçinin qürur və fəxarət hissini yaradır.

 

Əməlləriniz, ictimai həyatda, siyasi səhnədə tutduğunuz düzgün mövqe insanlarda vətəndaşlıq və bəndəçilik qayəsinin təmizlənməsi, cəmiyyətimizin sağlam ruhu və layiqli gələcəyi, istiqlaliyyəti üçün gərəkli amil kimi sadə insanlar, iman sahibləri tərəfindən həmişə yüksək qiymətləndirilir. Bu gün xalqımızın zülmün qarşısında baş əyməyən, xalqını, Vətənini, torpağını, dinini canından əziz tutan Sizin kimi liderə, şəxsiyyətə ehtiyacı həmişəkindən böyükdür. Dünyamızın böyük ziddiyyətlər yaşadığı, cəmiyyətlərdə acı vərdişlərin tüğyan etdiyi bir zamanda Sizin və Sizin kimilərinin zindanlarda qalması xalqımız üçün də olduqca zərərlidir. Arzu edirik ki, cəmiyyətimizin sağlam gələcəyinə qarşı atılan bu zərərli addımların geri atılması öz həllini tapsın, haqqınız ədalət naminə bərpa olunsun.

 

Hörmətli Hacı Mövsüm, 54 yaşınızı ailənizlə birlikdə keçirmək arzusu ilə Sizi partiyamız və onun bütün üzvləri adından, dostlar, iman və təqva sahibləri adından, cəmiyyətimizin bütün ibadət əhli adından bir daha təbrik edir, Sizə tutduğunuz yolun ən uca zirvəsini fəth etməyi Allahdan diləyirik."

Azərbaycan İslam Partiyası qurumun lideri Hacı Mövsüm Səmədovu doğum günü münasibətilə təbrik edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap