header

 Fransa qəzeti: Müsəlmanların sayı 3 milyardı keçəcək

Dünya müsəlmanlarının sayı 2060-cı ildə 3 milyard nəfərdən çox olacaq.

Dünya müsəlmanlarının sayı 2060-cı ildə 3 milyard nəfərdən çox olacaq.
 
Tashaio.com "İQNA"a istinadla xəbər verir ki, bunu Fransanın katolik xsristianların "La Croix" xəbər qəzeti yazıb.
 
Həcc mərasiminin başlanması, müsəlmanların bu ayda gözəçarpacaq dərəcədə hərəkətə gəlməsi münasibətilə Avropa ölkələri arasında ən çox müsəlman cəmiyyətinə sahib olan Fransa mediası gündəmi müsəlmanlar üzərində qurub. 
 
Roma katolik kilsəsinin görüşlərini təbliğ edən və 1880-cı ildən Fransada yayımlanan "La Croix" qəzeti Fransanın RTL peyk tv kanalının müsəlmanların sayının çoxalması barədə hesabatına toxunub. 
 
Qəzet yazır: "Amerikanın "Pew Center" tədqiqat müəssisəsinin araşdırmasına əsasən, dünya müsəlmanlarının sayı 2060-cı ildə 3 milyard nəfərdən çox olacaq. Halbuki 2010-cu ilin araşdırmalarına görə, müsəlmanların sayı dünyada 1 milyard 600 milyin nəfər olub. Buna əsasən də İslam dini hazırda dünyada xristianlıqdan sonra ardıcıllarının sayına görə ikinci ən böyük dindir."
 
Qəzetin məlumatına görə, müsəlmanların 62 faizi Asiya-Sakit okean ölkələrində yaşayır. Orta Şərq və Afrikanın şimalının isə cəmiyyətin 93 faizi (341 milyon) müsəlman olmaqla, müsəlmanların ən sıx yaşadıqları ölkələr hesab edilir.
 
Müsəlmanların cəmiyyət sıxlığı qaradərili Afrikada 30 faiz və Asiya-Sakit okean ölkələrində isə 24 faizdir.
 
Qəzet həmçinin vurğulayır ki,  müsəlmanlar dünyanın 49 ölkəsində əhalinin əksəriyyətini təşkil edir.
Dünya müsəlmanlarının sayı 2060-cı ildə 3 milyard nəfərdən çox olacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap