Ruslar ifşa etdi: Suriyadakı “Şərq Aslanları” terrorçularını ABŞ yetişdirir
Posted on : Digər sahələr 09/03/2018
Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyadakı ABŞ bazasının ərazisində terrorçuların hazırlaşdırılması üzrə mərkəzlər fəaliyyət göstərir. Suriya ərazisindəki vəziyyətin sabitliyinin pozulması məqsədi keçirilən təlimlərə ABŞ-lı təlimatçılar da başçılıq edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən həftə sonu Palmira yaxınlığında Suriya ordusu ilə bir dəstə terrorçu arasında toqquşma baş verib. Nəticədə bir neçə terrorçu məhv edilib, 2-si isə əsir götürülüb.
Dindirmə zamanı əsir düşmüş terrorçular “Şərq Aslanları” qruplaşmasının üzvləri olduqlarını deyib. Sözügedən terror dəstəsinin 500-ə yaxın üzvü var.
“Şərq Aslanları”nın hazırlıq düşərgəsi isə ət-Tanf yaşayış məntəqəsinin yaxınlığındakı ABŞ bazasının yaxınlığındadır.
Əsirlərin sözlərinə görə, terrorçuların hazırlaşdırılması prosesində ABŞ-dan olan təlimatçılar da iştirak edir. Bundan başqa, ABŞ bazası terrorçuları silah-sursatla da təmin edir.