header

 Ruslar ifşa etdi: Suriyadakı “Şərq Aslanları” terrorçularını ABŞ yetişdirir

Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Suriyadakı ABŞ bazasının ərazisində terrorçuların hazırlaşdırılması üzrə mərkəzlər fəaliyyət göstərir. Suriya ərazisindəki vəziyyətin sabitliyinin pozulması məqsədi keçirilən təlimlərə ABŞ-lı təlimatçılar da başçılıq edir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə,  ötən həftə sonu Palmira yaxınlığında Suriya ordusu ilə bir dəstə terrorçu arasında toqquşma baş verib. Nəticədə bir neçə terrorçu məhv edilib, 2-si isə əsir götürülüb.

Dindirmə zamanı əsir düşmüş terrorçular “Şərq Aslanları” qruplaşmasının üzvləri olduqlarını deyib. Sözügedən terror dəstəsinin 500-ə yaxın üzvü var.

“Şərq Aslanları”nın hazırlıq düşərgəsi isə ət-Tanf yaşayış məntəqəsinin yaxınlığındakı ABŞ bazasının yaxınlığındadır.

Əsirlərin sözlərinə görə, terrorçuların hazırlaşdırılması prosesində ABŞ-dan olan təlimatçılar da iştirak edir. Bundan başqa, ABŞ bazası terrorçuları silah-sursatla da təmin edir.

Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap