header

 GÖZLƏNİLMƏZ QƏRAR

Bir gün imam Kazimin (ə) şiələrindən olan Səfvan Cəmmal o həzrətin hüzuruna gəlir. İmam (ə) ona buyurur: “Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşıdır.”

Bir gün imam Kazimin (ə) şiələrindən olan Səfvan Cəmmal o həzrətin hüzuruna gəlir. İmam (ə) ona buyurur: “Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşıdır.”

Səfvan soruşur: “Ey Rəsulullahın (s) övladı! Həmin iş nədir?”

–Dəvələrini Haruna kirayə verməyin.

–Mən dəvələrimi ona gəzintiyə çıxmaq, bihudə işlərlə məşğul olmaq, ova getmək və bu kimi işlər üçün verməmişəm, əksinə Məkkə səfərinə getmək üçün vermişəm. O özü birbaşa bu işi görmür və başqaları gəlib dəvələri məndən onun üçün kirayə götürür.”

–Dəvələrini ona kirayə verməyin səncə düz işdir?”

–Bəli, ey Rəsulullahın övladı! Bunun nə eybi var ki?

–Sən öz dəvələrini ona kirayə vermisən ki, işin sonunda pul alasan. O, sənin dəvələrini aparacaq və sən də ondan haqq alacaqsan. Belə deyilmi?

–Elədir, ey Rəsulullahın övladı!

–Onda kirayə müddətinin bitməsinə və dəvələrini sənə geri qaytarana qədər Harun və onunla birgə olanların yaşamasını istəyirsənmi?

–Bəli, istəyirəm, ey Rəsulullahın övladı!

–Hər hansı bir səbəbə görə, zalımların sağ qalmasını istəyən kəs onlardandır. Onlardan olan hər kəs də cəhənnəm əhlidir.

Bu hadisədən sonra Səfvan dəvələrini satır. Hərçənd, düşünürdü ki, bu iş onun canı bahasına başa gələ bilər.

Abbasi xəlifəsi Harunər-Rəşid eşidir ki, Səfvan dəvələrini satıb. Onu hüzuruna çağırıb soruşur:

–Eşitmişəm ki, dəvələrini satıbsan?

–Bəli, ey möminlərin əmiri!

–Niyə?

–Qocalıb əldən düşmüşəm, özüm karvanın öhdəsindən gələ bilmirəm, xidmətçilər də bu işi yaxşı bacarmırlar. Buna görə də, satmağı məsləhət gördüm.

–Düzünü de, dəvələri niyə satdın?

–Xəlifə sağ olsun, səbəbi elə budur!

–Amma mən bilirəm niyə satıbsan. Yəqin ki, Musa ibn Cəfər (imam Kazim (ə)) səninlə bağladığım müqavilədən xəbərdar olub və səni bu işdən çəkindirib. O, sənə göstəriş verib ki, dəvələrini satasan. Sənin gözlənilməz qərarının səbəbi budur! Səfvan, əgər səninlə köhnə dostluğumuz olmasaydı, başını bədənindən ayırardım!” (“Ricali-Kəşşi”, səh.441; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.366-368./Tashaio.com /)

Bir gün imam Kazimin (ə) şiələrindən olan Səfvan Cəmmal o həzrətin hüzuruna gəlir. İmam (ə) ona buyurur: “Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşıdır.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap