header

 Dəyərsiz dünya zinətləri

Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür

وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ وَزُخْرُفًا وَإِنْ كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَالْآخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِينَ


"Əgər insanların (kafirlik zəminində birləşmiş) vahid bir ümmətə (çevrilmək təhlükəsi) olmasaydı, Mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan) qorxanlar üçündür." (Zuxruf, 33-35).

İzah: Allah dünyanı – gözümüzdəki bütün gözəlliklərinə və dəbdəbəsinə baxmayaraq, – çox aşağı və dəyərsiz təqdim etmişdir. Belə ki, əgər bəzilərinin imanı zəif olmasaydı, onun hamısını kafirlərə verərdi. Çünki bu dəyərsiz mükafat möminlərə layiq deyil. Yuxarıdakı ayəni oxumağın və haqqında düşünməyin möminlər üçün çox tərbiyəvi nəticələri var. 

Hədis:
 İmam Sadiq (ə): Allah deyir: “Əgər heç bir mömin bəndəm şəkk-şübhəyə düşməsəydi, kafirlərin başına dəmir keçirərdim ki, heç vaxt başları ağrımasın (Yəni onlara bütün dünya asayişini bəxş edərdim).” (Kafi, c. 2, səh. 257, hədis: 24).

Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap