header

 Quranda yer alan bəzi dualar

Bəndələrin zəruri ehtiyaclarını aradan qaldırmaq Rəbbin üzərinə düşən işlərdən biridir

Dünya və Axirətdə yaxşılıq istəmək

...رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ


"Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə yaxşılıq ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır." (Bəqərə, 201).

İzah: Burada Quranda yer alan bəzi duaları diqqətinizə çatdırırıq. Bu dualar həm bizə dua zamanı ilk növbədə nələri nəzərə almağı öyrədir, həm də duanın qaydalarını, Allahı necə səsləmək lazım olduğunu bəyan edir. Bunu da qeyd etmək lazımdır ki, namazın qunutunda Quran dualarını oxumaq müstəhəbdir. Ən məşhur Quran duası yuxarıdakı duadır. Bu dua mənaca bütün maddi və mənəvi hacətləri ehtiva edən geniş bir duadır. Dua qaydalarından biri də Allahın bağışlayan və rəhmət sifətlərini qeyd etmək, xüsusilə əvvəlində “ربنا” (rəbbəna) ifadəsindən istifadə etməkdir. Əksər Quran duaları bu müraciətlə başlayır. Çünki Rəbb sifəti üzərində dayanmaq, onu iqrar etmək özü bir növ duanın məqsədini ifadə edir və ehtiyacı bildirir. Təbii ki, bəndələrin zəruri ehtiyaclarını aradan qaldırmaq Rəbbin üzərinə düşən işlərdən biridir.

Hədis: İmam Sadiq (ə): “Dünyada yaxşılıq dedikdə ruzinin çoxalması, həyatın yaxşılaşması və gözəl əxlaq nəzərdə tutulur. Axirətdə yaxşılıq dedikdə isə Allahın razılığı və Cənnət nəzərdə tutulur.” (Məanil-əxbar, səh. 175).

Bəndələrin zəruri ehtiyaclarını aradan qaldırmaq Rəbbin üzərinə düşən işlərdən biridir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap