header

 İmam Əli (ə) barədə müsəlman olmayan filosofların dedikləri

İmam Əli (ə) elə bir dahi şəxsiyyətdir ki, onu nəinki Əhli-Beyt (ə) davamçıları, hətta müsəlman olmayan insanlar belə mədh edirlər. İmam (ə) haqqında müsəlman olmayan filosofların nəzərini eşidək.

İmam Əli (ə) elə bir dahi şəxsiyyətdir ki, onu nəinki Əhli-Beyt (ə) davamçıları, hətta müsəlman olmayan insanlar belə mədh edirlər. İmam (ə) haqqında müsəlman olmayan filosofların nəzərini eşidək.

 

Cubran Xəlil Cubran.

Xristian dinində olan bu alim İmam Əli (ə) haqqında deyir: “Mənim əqidəmə görə, Əli ibn Əbutalib (ə) ərəb qövmündən olan ilk insandır ki, bütün kamal sifətlərini özündə cəm etmişdir. Hər kim Əlinin (ə) yolunu bəyənər, sağlam ağıla qayıtmış olar. Əks halda cahiliyyəti seçmiş olar. İki tayfa onun yolunun vurğunu idilər. Biri pak qəlbli aqillər idi, o birisi isə gözəl zövqə malik olan pak təbiətli insanlar. Əli ibn Əbutalib (ə) şəhadətin əzəmətinə çatdı. O, dünyadan o halda getdi ki, namaz dilindən axır və qəlbi Allah şövqü ilə dolu idi. Ərəblər onun məqamının həqiqətini dərk etmədilər”.

 

Şəbəli Şamil.

1335-ci Hicri ilində dünyasını dəyişmiş böyük alimlərdəndir. O, Darvin məktəbinin şagirdi olmuşdur, ancaq sonralar, bu əqidəyə qarşı çıxıb, İlahi yolu seçmişdir. İmam Əli (ə) haqqında deyir: “İnsanların rəhbəri və İmamı olan Əli ibn Əbutalib (ə) dahilərin dahisi və Peyğəmbərə (s) bağlı olan tək insan idi. Şərqin və Qərbin insanları heç bir zaman onun kimisini görməyib və görməyəcəkdir də”.

 

Mixayil Nime.

Xristian alimlərindəndir ki, İmam Əli (ə) haqqında yazdığı kitabda deyir: “İmamın (ə) pəhləvanlığı ancaq müharibə meydanında deyildi. O, pak qəlbi, bəlağəti, uzaqgörənliyi, gözəl əxlaqı, imanı və böyük hümməti ilə hər bir sahədə pəhləvan idi. Onun zamanından çox vaxt keçsə də, yenə ona müraciət edib ondan dərslər almalıyıq”.

 

Corc Cirdaq.

Livanın xristian alimlərindəndir ki, İmam Əli (ə) haqqında öz kitabında yazır: “Ey dünya! Necə də yaxşı olardı ki, bütün qüvvələrini bir yerdə toplayıb, Əli (ə) kimi ağla, qəlbə, dilə, qılınca malik olan bir şəxsiyyəti üzə çıxardardın?”.

 

Karlayl.

İngilis filosofudur ki, İmam Əli (ə) haqqında buyurur: “Biz Əlini (ə) sevməyə bilmirik. Elə olmur ki, ona eşqimizi bildirməyək. Çünki dünyada hər nə qədər sevdiyimiz yaxşılıqlar varsa, hamısı Əlidə (ə) cəm olmuşdur. O, dahi və şücaətli insan idi ki, qəlbi mehr və məhəbbətlə dolu idi. Bütün bəşərdən şücaətli idi. Ancaq bu şücaəti mehr və məhəbbətlə birlikdə idi. Ölməzdən əvvəl qatili barəsində onun fikrini soruşurlar və o, buyurur: “Əgər sağ qalsam, özüm bilirəm ki, nə edəcəyəm. Əgər vəfat etsəm, ixtiyar sizindir. Əgər ondan qisas almaq istəsəniz, bir zərbədən çoxunu vurmayın. Əgər əfv etsəniz, təqvaya daha yaxın olarsınız”. (Tebyan)

İmam Əli (ə) elə bir dahi şəxsiyyətdir ki, onu nəinki Əhli-Beyt (ə) davamçıları, hətta müsəlman olmayan insanlar belə mədh edirlər. İmam (ə) haqqında müsəlman olmayan filosofların nəzərini eşidək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap