header

 İsrail rejim qüvvələri Qəzzada dinc aksiyaya odlu silahla müdaxilə etdi: 240 fələstinli yaralandı

Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 240 fələstinli xəsarət alıb.

Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 240 fələstinli xəsarət alıb. 
 
Tshaio.com  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr  məlumat yayıb.
 
"Saat 21:30-a olan məlumata görə, Qəzza sektorunun şərq sahilində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 240 fələstinli xəsarət alıb", - deyə o bildirib. 
 
Ə.əl-Kidrin sözlərinə görə, onlardan 82-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 1 uşaq və 3 tibb işçisi var.  
 
Qeyd edək ki,martın 30-dan etibarən start verilmiş Böyük Qayıdış yürüşü dinc aksiyalarında iyul ayının sonuna olan statistikaya əsasən, amansızlıqla öldürülmüş fələstinlilərin sayı təqribən 160 nəfər, yaralıların sayı isə 18 min nəfərdən çox təşkil edir. 
 
İşğalçı İsrail rejim əsgərləri tərəfindən öldürülənlərdən 23 nəfər yaşı 18-dən aşağı olan uşaq və yeniyetmələrdir, üç nəfər isə qadındır. Statistikaya əsasən xəsarət alanların 3279 nəfəri uşaq, 1553 nəfəri isə qadındır.
 
Dörd ay davam etmiş aksiya zamanı 3 tibb personalı öldürülüb, 360-ı isə həqiqi güllə və zəhərli qaz səbəbilə xəsarət alıb, 69 təcili yardım maşınına ziyan dəyib.
Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 240 fələstinli xəsarət alıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap