`İran ölüm-qalım mübarizəsi aparır`, - deyən Trampa Zərifdən cavab
Posted on : iran 09/01/2018
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın "İran ölüm-qalım mübarizəsi aparır" şəklindəki açıqlamasına reaksiya verib.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın "İran ölüm-qalım mübarizəsi aparır" şəklindəki açıqlamasına reaksiya verib.
Tashaio.com-in məlumatına görə, İranın XİN rəhbəri tvitter səhifəsindən verdiyi açıqlamada, "İranın Yaxın Şərqi ələ keçirməsi, ya da ölüm-qalım mübarizəsi aparması şəklində iki bir-birinə zidd qütbdə demonizasiyalaşdırılması, ABŞ-ın psixoloji pozuntusunun və vicdanının süqutu ilə ortaya çıxan demaqoqluq təzahürüdür", - deyə bildirib.
Bipolar demonization of Iran as either "taking over MidEast" or "fighting for survival" indicates US cognitive disorder & demagoguery unleashed by collapse of America's moral compass. Iran has been and always will be a stable, powerful & responsible regional actor.
— Javad Zarif (@JZarif) 31 Ağustos 2018
Zərif ölkəsinin daim sabit güclü və məsuliyyətli bir regional aktor olmağa davam edəcəyini deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə verdiyi açıqlamada, İrana qarşı tətbiq etdiyi siyasətə görə Tehran hakimiyyətinin çökə biləcəyini deyərək, "hakimiyyətə gələndə, sual İranın nə zaman Yaxın Şərqə hakim olacağıydı, indi sual belədir: həyatda qalacaqlarmı? Bu yarım ildə böyük fərq var", söyləymişdi.