header

 İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya getdiyi yol üzərində yeni tarixi abidələr tapılıb - FOTO

İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Kərbəla Araşdırmalar Mərkəzi elan edib ki, O həzrətin Məkkədən Kərbəlaya getdiyi yolun üzərində bəzi yeni tarixi əsərlər tapılıb.

İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Kərbəla Araşdırmalar Mərkəzi elan edib ki, O həzrətin Məkkədən Kərbəlaya getdiyi yolun üzərində bəzi yeni tarixi əsərlər tapılıb. 
 
Tashaio.com "hawzahnews"-a istinadən xəbər verir ki, mərkəzin direktoru Əbdüləmir Qureyşi deyib ki, 61-ci hici qəməri ilində İmam Hüseyn (ə)  Məkkədən Kərbəlaya getdiyi yolda dayandığı yeni yerlər aşkarlanıb. “İşçi qrup Nəcəf əyalətinin qərbindəki səhrada  “Qəsr bəni Muqatil” və  “Uzayb-ul-Hicanat”  adlı  dayanacaqları müəyyən edib”. 
 
O qeyd edib ki, bizim araşdırmalar səhrada elmi və yeni texnologiyalar vasitəsi ilə aparılır. 
 
Qeyd edək  ki, bundan öncə  aparılan araşdırma zamanı Nəcəfdən – Kərbəlaya gedən istiqamətdə Ər-Rahimə bölgəsi müəyyənləşmişdi. 
 
Xatırladaq ki, İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya getdiyi yol üzərində tarixi abidələrin araşdırılması 2013-cü ildən aparılır. Layihə çərçivəsində əldə edilən nailiyyətlər haqqında məlumatlar Kərbəla ensklopediyasında nəşr olunur. 
 
Ə.Qureyşi deyib ki, hazırda araşdırmalar İmamın (ə) İraq sərhədləri daxilində Məkkədən Kərbəlaya gedən yolda dayanıb istirahət etdiyi yerlərin müəyyənləşdirməsi istiqamətində aparırılır. “Bu yerlərin bəzisi ilk dəfədir tapılır və indiyədək tarixi mənbələrdə adları keçməyib. Gələcəkdə tapılan yerlər İmam Hüseyn (ə) aşiqləri və zəvvarları üçün ziyarətgaha çevrilə bilər”
 
İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Kərbəla Araşdırmalar Mərkəzi elan edib ki, O həzrətin Məkkədən Kərbəlaya getdiyi yolun üzərində bəzi yeni tarixi əsərlər tapılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-28-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap