header

 İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərilib

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.

Tashaio.com İRNA informasiya agentliyinə istinadla bildirir ki, bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianin impiçmenti üzrə səsvermə keçirilib. Səsvermədə 260 deputat iştirak edib. Onlardan 121-i Məsud Kərbasianin lehinə, 137-si isə əleyhinə səs verib, iki deputat bitərəf qalıb. Karbasianın impiçment proseduru 33 deputatın tələbi ilə həyata keçirilib. 

Xatırladaq ki, avqust ayının əvvəllərində İran rialı qara bazarda dollara nisbətdə rekord həddə - 120 min riala qədər ucuzlaşıb. Mayın sonlarında isə bu rəqəm 65 min rial təşkil edirdi. Bu proses inflyasiya və istehlak mallarının, yanacağın qiymətlərinin artması ilə müşayiət olunub. Bu da ictimaiyyət arasında narazılıq doğurub.

Bundan əvvəl də parlament avqustun 8-də kooperasiya, əmək və sosial rifah naziri Əli Rabini vəzifəsindən kənarlaşdırmışdı.

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap