header

 Möminlərin bir-birlərini ziyarət etməsinin savabı

İmam Səccad (ə) buyurur: “Hər kim dostunu və ya qardaşını görməyə gedər, Allaha xatir onu ziyarət edər və ümid edər ki, İlahi vədəyə çata biləcəkdir – 70 min mələk onu müşayiət edər.

İmam Səccad (ə) buyurur: “Hər kim dostunu və ya qardaşını görməyə gedər, Allaha xatir onu ziyarət edər və ümid edər ki, İlahi vədəyə çata biləcəkdir – 70 min mələk onu müşayiət edər.

Həmçinin carçı başının arxasından car çəkər: “Behişt sənə müjdə  olsun ki, pisliklərdən təmizləndin”.

Dostuna və ya qardaşına əl verən zaman rəhmət onu əhatə edər”. (Həvzəh)

 

Allahın Peyğəmbəri (s) buyurub: «Kim bir ehtiyaca görə yox, yalnız mömin qardaşını görmək üçün onun evinə gedərsə, o,Allahı ziyarət edənlərin sırasında yazılar. Öz qonaqlarına ehtiram etmək isə Allaha layiqdir».

 

İmam Sadiq (ə) buyurub: «Bir-birinizlə görüşün və ziyarət edin ki, görüşləriniz qəlblərinizin diri qalmasına, bizim hədislərin yad edilməsinə səbəb olar və bizim hədislər sizi bir-birinizə mehriban edər. Əgər onlara əməl etsəniz – kamillik və nicat tapacaqsınız. Əgər tərk etsəniz – yolu azıb, məhv olacaqsınız. Beləliklə, bizim hədislərə əməl edin ki, belə olan halda mən sizin nicat tapmanıza zaminəm».

 

İmam Əli (ə) buyurub: «Allaha xatir ziyarət edin. Allaha xatir dostluq edin. Allaha xatir bəxşiş edin və bəxşiş verməkdən Allaha xatir çəkinin. Allahın düşmənləri ilə əlaqəni kəsin və Allahın dostları ilə əlaqə yaradın».

 

İmam Kazim (ə) buyurub: «Mömin qardaşların bir-birilə Allaha xatir görüşməsi qədər heç bir şey iblisi və onun ordusunu darmadağın etmir».

İmam Səccad (ə) buyurur: “Hər kim dostunu və ya qardaşını görməyə gedər, Allaha xatir onu ziyarət edər və ümid edər ki, İlahi vədəyə çata biləcəkdir – 70 min mələk onu müşayiət edər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap