header

 ƏRƏFƏ GÜNÜ - DUA GÜNÜ

“Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib!

“Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib!
 
“Ərəfat” – Məkkə şəhərinin şərqində, Məkkə ilə Taif arasında yerləşən bir məntəqə və səhralıq! Həmin məntəqə ki, həzrət Adəm (ə) Allahdan məğfirət və bağışlanma dilədi, Allah da onu Öz əfv və məğfirətinə şamil etdi.
 
“Ərəfə” nədir? “Ərəfə” günü nə emək lazımdır? Zilhiccə ayının 9-cu günü (Avqust ayının 21-i) “Ərəfə” günüdür. Uca Tanrı bu gün üç məkanda üç zümrəyə xüsusi rəhmət nəzəri ilə baxır:
 
1. “Ərəfat” səhrası və Allah evinin zəvvarları. Həmin gün Allah evinin zəvvarları günortadan gün batana qədər “Ərəfat” səhrasında hazır olub, ibadətlə, münacatla, raz-niyazla məşğul olur, günahlarını dilə gətirib tövbə edir, böyük Allahdan hacətlərini və bağışlanmaqlarını diləyirlər.
 
2. Kərbəla və şəhidlər sərvəri imam Hüseynin (ə) zəvvarları;
 
3. Dünyanın hər bir nöqtəsində Allaha doğru açılan əllər.
 
Nə üçün “Ərəfə”? Vəhy mələyi Cəbrail-Əmin həcc əməllərini həzrət İbrahimə (ə) öyrətdiyi zaman “Ərəfat” səhrasına çatdıqda ona: “Ərəftə? – yəni öyrəndinmi?” – deyə soruşduqda, həzrət İbrahim dedi: “Bəli!” Odur ki, həmin məntəqə “Ərəfat”, həmin gün isə “Ərəfə” adlandı. Əlbəttə, bunda başqa, həmin günün “Ərəfə” adılanması ilə bağlı digər səbəblər də göstərilmişdir. Belə ki, həzrət Adəm (ə) gördüyü işi həmin səhralıqda Allahın dərgahında etiraf etdiyi, eləcə də, hacılar orada öz günahları və xətalarını etiraf etdikləri üçün “Ərəfə” adlanmışdır. Həmçinin nəql olunur ki, həzrət Adəmlə zövcəsi Həvva behiştdən yer üzünə enərkən, həmin məntəqədə bir-birini tapdıqları üçün, həmin məntəqə “Ərəfat”, həmin gün isə “Ərəfə” adlanmışdır.
 
“Ərəfə” gününün əhəmiyyəti ilə bağlı çoxlu sayda rəvayət nəql olunmuşdur. Bir rəvayətdə deyilir ki, imam Səccad (ə) “Ərəfə” günü bir yoxsulun diləndiyini və camaatdan yardım istədiyini gördükdə, ona yaxınlaşaraq həmin gün Allahdan başqasından bir hacət istəməməsini, hacətini yalnız Ondan diləməsini, həmin günün böyük bir gün və hamının ilahi lütf və fəzlə şamil olmasını xatırlatdı! (“Əl-vafi”, Fyz Kaşani, 2-ci cild, səh.42.)
 
“Ərəfə” Allah-Taalanın rəhmət və bəxşiş qapılarını Öz bəndələrinin üzünə açdığı bir gündür. Dönüş günüdür; Allaha doğru dönüş! Elə bir gün ki, ümidsizlikdən söz gedə bilməz; elə bir gün ki, möminlər möhtac əllərini Allaha doğru qaldırır, dua edirlər: “İlahi! Bu günü günahlarımızın qürubu ilə qüruba yetir!”
 
Dua və raz-niyaz bəşərin fitri ehtiyacı, həyatın gövhəri və ruhu, eşq və məhəbbətin nişanəsidir. Duasız və raz-nyazsız həyat soyuq və ruhsuzdur. Münacat və sitayişə layiq yeganə məhbub və məşuq Allah-Taaladır.
 
Biz hər zaman, hər bir məkanda, hər hansı bir dillə öz Rəbbimizi çağırıb Onunla raz-niyaz edə bilərik. Lakin bəzi günlər və bəzi dualar fərqli xüsusiyyətlərə malikdir. Belə ki, xüsusi və əlamətdar günlərdə dua etmək və məsumlardan nəql olunmuş bəzi duaları oxumaqla Öz Rəbbimizlə dərin və mənalı rabitə qururuq. Çünki həmin dualar elə insanların dilindən nəql olunmuşdur ki, onların kəlamı nurdur, xüsusi fəsahət, bəlağət və üsluba sahibdir, insana bəsirət və mərifət verir. “Ərəfə” günü oxunan “Ərəfə” duası elə bu qəbildəndir.
 
İmam Sadiqdən (ə) belə nəql olunur: “Mübarək Ramazan ayında bağışlanmayan bir kəs “Ərəfə” gününü dərk edərsə bağışlanar.”
 
Bu rəvayətdən iki mətləb anlaşılır: biri ilahi məğfirət və bəxşişin hamıya şamil olduğu mübarək Ramazan ayının əzəmət və böyüklüyü, digəri isə “Ərəfə” gününün əzəmət və böyüklüyü! Bu rəvayətə əsasən, kimsə mübarək Ramazan ayında ilahi məğfirətə şamil olmayıbsa, şübhəsiz, “Ərəfə” günü Allah-Taaladan məğfirət və bağışlanma diləyərsə, buna nail olar!
 
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Əfərə günü Allah-Taala “Ərəfat” səhrasında Onun dərgahında səf çəkən, aşiqanə və arifanə zümzümələri “Ərəfat” səhrasını bürüyən arif bəndələri ilə öyünür və mələklərinə buyurur: “Ey mənim mələklərim! Bəndələrimə bir baxın, uzaq və yaxından bir çox çətinliklərə sinə gərib, bura toplaşmışlar. Sizi şahid tuturam ki, Mən onların istəklərini rəva qıldım, yaxşılarına görə günahkarlarını da bağışladım!”
 
Odur ki, “Ərəfə” günü fürsəti qənimət bilməli, onun dəqiqələrindən səmərəli istifadə etməliyik! Mövlamız Hüseyn (ə) “Ərəfə” günü Allahın hüzurunda ikən necə də aşiqanə və sadiqanə deyirdi:
 
ماذا وَجَدَ مَنْ فَقَدَکَ؟ وَ مَا الَّذی فَقَدَ مَنْ وَجَدَکَ؟ لَقَدْ خابَ مَنْ رَضِیَ دونَکَ بَدَلاً...
 
“Səni itirən nə tapdı? Səni tapan nə itirdi? Səndən başqasına razı olan və Səndən başqasını sevən şəxs, doğrudan da, ziyan etmişdir.”
 
Allahdan istəyirik ki, bu mübarək gündə istək və dualarımızı qəbul etsin!
“Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib!
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap