header

 İMAM HÜSEYNİN (Ə) HİCRƏTİ

Bu gün İmam Hüseynin (ə) Məkkədən İraqa doğru hərəkət etdiyi gündür

Zilhiccə ayının 8-i (Avquat ayının 20-i) imam Hüseynin (ə) Məkkədən İraqa doğru hərəkət etdiyi gündür. Elə bu məqsədlə, o həzrətin Mədinədən Məkkəyə və Məkkədən də İraqa doğru hərəkəti haqda qısa məlumatı əziz oxucuların diqqətinə çatdırırıq:

60-cı hicri-qəməri ilinin Rəcəb ayında Müaviyə öldükdən sonra, Yezid atasının kürsüsündə əyləşib Mədinədəki məşhur müxaliflərindən beyət almağı qarşısına məqsəd qoyur.

Müaviyənin ölüm xəbəri hələ Mədinə xalqına çatmamışdı ki, Yezid Mədinənin hakimi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazaraq gecikmədən Hüseyn ibn Əli (ə) və Abdullah ibn Zübeyrdən beyət alacağını əmr edir. Mərvan da hakimi məcbur edir ki, onları elə həmin gecə valinin sarayına gətirsin və beyət etmədikləri təqdirdə, elə oradaca qətlə yetirsin.

Mədinə hakiminin qasidi imam Hüseynin (ə) hüzuruna getdikdə, o həzrət Müaviyənin ölümündən xəbərdar olur. Həzrət (ə) bir qrup səhabələri və yaxınları ilə (haşimilərlə) birlikdə təhlükəni aradan qaldırmaq məqsədilə silahlı şəkildə hakimin sarayına gedirlər. Vəlid o həzrəti Yezidə beyət etməyə dəvət etdikdə, İmam (ə) buyurur: Ey Vəlid! ...Yezid fasiq, şərabxormöhtərəm şəxslərin qatili və aşkar günah edən bir şəxsdir. Mənim kimiləronun kimilərə heç zaman beyət etməz!” (“Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 17.)

İmam Hüseyn (ə) bilirdi ki, müxalifət etdiyi üçün daha Mədinədə qala bilməyəcək. Elə buna görə də o həzrət (ə) Məhəmməd ibn Hənəfiyyədən başqa, bütün əhli-əyalı və yaxınları ilə birlikdə Məkkəyə getmək məqsədilə Mədinəni tərk edir.

GECƏ KARVANI

Tarixçilərin qeydlərinə görə, imam Hüseyn (ə) 60-cı hicri-qəməri ilinin Şəban ayının 3-ü babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb, gecə ikən Məkkəyə doğru yola düşür. Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir: Mən istirahət  rahatlıqzülm  ədalətsizliktəkəbbür  ya fəsad üçün Mədinədən çıxmıramMənim məqsədimcəddim Peyğəmbərin ümmətini islah etməkdirMən insanları yaxşılığa dəvət edib pislikdənçəkindirməkbabam Peyğəmbər  atam Əli ibn Əbu Talibin yolu ilə getmək istəyirəm.”

İmam Hüseyn (ə) öz yaxınları ilə birlikdə Məkkəyə çatır. İmam (ə) orada qaldığı müddətdə Məkkə xalqının müxtəlif təbəqələri, həmçinin ətrafdan gəlmiş hacılarla görüşüb Yezidə beyət etməməsinin səbəblərini onlara izah edir.

İMAM HÜSEYNİN (Ə) KUFƏYƏ DƏVƏT OLUNMASI

İmam Hüseynin (ə) hicrət xəbəri Kufə şəhərinə çatdıqda, onlara rəhbərlik edən Süleyman ibn Sürəd kimi şəxslər yığıncaq təşkil edərək imam Hüseynin (ə) İraqa dəvət olunması fikrini irəli sürürlər. Elə bu məqsədlə şiə qabaqcıllarının imzası ilə imam Hüseynə (ə) bir məktub yazıb, o həzrəti Kufəyə dəvət edirlər. (“Tarixi-Təbəri”, c. 5, s. 260-261.)

İmam Hüseyn (ə) bu məktubun cavabında bir söz demir. Çox keçmir ki, ardıcıl olaraq digər məktublar da gəlir. O cümlədən, Qeys ibn Müsəhhər Seydavi və hətta Abdullah ibn Val camaatın nümayəndəsi kimi o həzrəti dəvət və bu haqda müzakirə etmək üçün Məkkəyə o həzrətin hüzuruna gedirlər. Sonra kufəlilərin məktubları ardıcıl olaraq Həzrətə çatır və nəhayət, Kufənin vəziyyətindən xəbərdar olan Hani ibn Hani Məkkədə o həzrətlə görüşür. O, bu görüşdə camaatın, hətta Kufə böyüklərinin səhnədə olması və hazırlıqları haqda məlumat verir.

İmam Hüseyn (ə) öncə əmisi oğlu Müslim ibn Əqili Kufəyə göndərir ki, vəziyyəti yaxından öyrənib məsləhət bildiyi təqdirdə İmamı (ə) da Kufəyə çağırsın.

Müslim hərəkət etməyə hazırlaşdıqda, o həzrət ona buyurur: Camaatın yekdilliklə mənə beyət etmək istədiyini görsən, dərhal mənə xəbər ver; mən də onun əsasında əməl edim.”

Müslimin xəbərləri müsbət olur və İmama göndərdiyi məktubda belə yazır: “Kufə əhalisinin iyirmi mindən çoxu sizə beyət etmişdir. Məktubumu alan kimi, hərəkət edin.” (“Əl-futuh”, Əbu Məhəmməd Əhməd İbn Əsəm Kufi, c. 5, s. 150.)

İMAM HÜSEYN (Ə) KUFƏYƏ DOĞRU YOLA DÜŞÜR

Kufəlilərin məktubları, onların nümayəndələrinin izahatı, eləcə də, Müslimin Kufənin vəziyyəti ilə bağlı məlumatları Əməvi hakimiyyətinə qarşı ciddi qarşıdurmanın yaranmasını göstərirdi. Buna görə də, imam Hüseynin (ə) karvanı Zil-həccə ayının 8-də Məkkədən İraqa tərəf hərəkət edir və yol boyu müxtəlif hadisələr baş verir. O həzrət bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa dəvət edirdi. İmam səfər əsnasında Əs-Səfaha çatarkən o dövrün gənc şairi Fərəzdəqlə qarşılaşıb Kufənin vəziyyətini soruşur. Fərəzdəq qısa bir cümlədə Kufəyə hakim mühiti belə vəsf edir: “Xalqın ürəyi səninlə, qılıncları isə sənin əleyhinədir.”

İmam yoluna davam edib “Bətnur-Rummə”də Kufə əhalisinə məktub yazır və yaxın bir zamanda Kufəyə girəcəyini bildirir. Məktubu aparan Qeys ibn Müsəhhər Seydavi hələ Kufəyə daxil olmazdan öncə Həsin ibn Nümeyr tərəfindən həbs edilir. O, İmamın məktubu Əməvi məmurlarının əlinə keçməsin deyə, məktubu udur və bir neçə gündən sonra Kufədə İbn Ziyadın əli ilə şəhadətə yetirilir.

İmam hərəkətinə davam edib Zədud məntəqəsində Züheyr ibn Qeynlə rastlaşır və onu öz dəstəsinə qoşulmağa dəvət edir. O da İmamın sözlərindən təsirlənib həyat yoldaşının da təşviqi ilə İmamın dəvətini qəbul edir və səmimi dostların sırasına qoşulur.

İmam Zati-İrq məntəqəsinə çatarkən Bəni-Əsəd qəbiləsindən olan Hani, Müslim ibn Əqilin şəhadət xəbərini o həzrətə çatdırır.

Çox keçmir ki, Qeys ibn Müsəhhər və İmamın süd qardaşı Abdullah ibn Yəqtərin şəhadət xəbəri də İmama çatdırılır. Bu xəbərlər Kufənin siyasi durumunun Əməvilərin xeyrinə olduğunu və Müslimin göndərdiyi xəbərlərdən fərqləndiyini göstərirdi. Bu zaman İmam onunla birgə olanları öz ətrafına toplayıb buyurur: “Ey camaat, bizim şiələrimiz bizi tək qoydular. Sizdən hər kim geri qayıtmaq istəyirsə, elə buradan qayıda bilər. (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 169.)

Yol əsnasında İmama qoşulanlar bu sözü eşidərək karvanı tərk edirlər və yalnız Mədinədən və yaxud Məkkədən İmamla birlikdə gələn xüsusi səhabələr qalırlar.

Nəhayət, imam Hüseyn (ə) Şərat məntəqəsinə çatır. Gecə orada istirahət edib ertəsi gün yoluna davam edir və günün yarısında Hürr ibn Yezid Riyahinin sərkərdəliyi ilə Kufə ordusunun nişanələri görünməyə başlayır. Hürr hərbi sərkərdə olduğundan öz vəzifəsinə əməl edir və məsələnin siyasi cəhətlərinə əsla diqqət yetirmir. Bu səbəbdən, İmam (ə) namaza durduqda, o da bütün əsgərlərilə birlikdə camaat namazına qoşulur. Hürrün vəzifəsi İmamı (ə) Kufəyə aparmaq və geri qayıtmasının qarşısını almaq idi. İmam (ə) namazdan sonra üzünü oradakılara tutub buyurur: “Mən Kufəyə gəlmək istəmirdim, nəhayət, məktublarınızı aldım  elçiləriniz mənimlə görüşdü. İndi əgər Kufədə mənə arxa çevirməyəcəyinizə dair söz verirsinizsə, şəhərinizə daxil olum... (“Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 249.)

Hürr məktublar haqqında məlumatsız olduğunu bildirir. Lakin məktubları gördükdən sonra hərbi vəzifəsini ortaya atır. İmam (ə) Kufəyə getməyi qəbul etməyib Hicaza doğru irəliləyir. Hürrün süvariləri İmamın (ə) yolu üzərində sıraya düzülürlər. Qısa müzakirədən sonra hər iki tərəf onları Kufədən uzaqlaşdırmayan və Hicaza da yaxınlaşdırmayan orta yolla getməkdə eyni fikrə gəlir. Buna görə də, Əl-Üzeybə doğru hərəkət edirlər.

Burada Tirimmah ibn Üdeyy İmamdan (ə) “Teyy” dağlarına doğru hərəkət etməsini istəsə də, İmam (ə) Hürr ilə razılaşdığı üçün bu təklifi qəbul etmir. Nəhayət, karvan “Bəni-Müqatil”ə çatır və oradan da Neynəvaya tərəf üz tutur. Neynəvada İbn Ziyadın İmamın (ə) həbsinə dair əmri Hürrə çatdırılır: “Onu quraqlıq, susuz və otsuz bir çöllükdə saxla!”

İmam (ə) Hürr ilə hərəkət etdiyi müddətdə Züheyr ibn Qeyn onun ordusunun azlığından istifadə edərək onlara hücum etmələrini İmama (ə) təklif edir. Lakin İmam (ə) bunu qəbul etməyərək buyurur: “Mən onlarla döyüşə başlamağı xoşlamıram.”

KƏRBƏLAYA GİRİŞ

İmam Hüseynin (ə) karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil olur. İmam bu yerə girən kimi onun adını soruşduqda, “Kərbəla” olduğunu söyləyirlər. İmam Kərbəla sözünü eşitcək belə dua edir: “İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram.” Sonra buyurur: “Enin! Bura xeymə mənzillərimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub.”

Bu gün İmam Hüseynin (ə) Məkkədən İraqa doğru hərəkət etdiyi gündür
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap