header

 İMAM BAQİR (Ə) VƏ ZAHİDİN NƏSİHƏTİ

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü.

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən Məhəmməd ibn Münkədir gözlənilmədən Mədinənin xaricində yerləşən bir məntəqə ikən, qəflətən gözü canlı-cüssəli bir kişiyə sataşdı və məlum oldu ki, o, belə qızmar havada özünün əkin yerinə baş çəkməyə gəlmişdir. Məhəmməd ibn Münkədir öz-özünə fikirləşdi: “Bu kişi kimdir ki, belə isti havada dünya işləri ilə məşğuldur?” Bir qədər yaxınlaşdıqda, gördüyü mənzərə onun təəccübünü daha da artırdı. Həmin şəxs imam Məhəmməd Baqir (ə) idi. Belə şərafətli bir şəxsin nə üçün dünyəvi işlərlə məşğul olmasını düşünərək ona nəsihət vermək qərarına gəldi.

Yaxına gəlib salam verdi. İmam Baqir (ə) nəfəsini dərə-dərə və alnından tər axa-axa onun salamının cavabını verdi. Onunla imam Baqir (ə) arasında belə bir söhbət baş verdi:

Zahid dedi: “Sizin kimi şərif bir şəxsə belə bir istidə, xüsusilə, iricüssəli bədənə malik olduğunuz halda dünya dalınca düşmək yaraşarmı?! Belə bir zəhmətə nə üçün qatlaşırsınız?! Əcəlin nə vaxt yetəcəyi və kimin nə vaxt öləcəyi məlum deyil. Allah eləməmiş, birdən sizi bu halda ölüm yaxalasa, sizin üçün hansı çətinliklər meydana çıxacaq? “

İmam Baqir (ə) buyurdu: “Əgər bu halda mənim əcəlim yetərsə və mən ölərəmsə, vəzifəmi yerinə yetirərərkən və ibadət halında dünyadan getmiş olaram, çünkü bu, Allaha itaət və Ona ümidvar olmaqdır. Sən güman edirsən ki, ibadət yalnız namaz, zikr və duadan ibarətdir? Mənim həyatımın ehtiyacları var. Əgər işləməsəm və zəhmət çəkməsəm, onda, gərək ehtiyacımı ödəmək üçün əlimi sən və sənin kimilərə uzadam. Mən ruzi qazanmaq üçün çalışıram ki, kiməsə möhtac olmayım. Ölümün yetişməsindən o vaxt qorxmalıyam ki, Allah qarşısında günah etmiş və Allahın fərmanından boyun qaçırmış olum, yoxsa, hal-hazırda Allah əmrinə itaətdəyəm və başqalarına yük olmadan ruzi qazanıram.”

Zahid dedi: “Mən necə də səhvə yol vermişəm. Elə güman edirdim ki, başqasına nəsihət edirəm, amma indi başa düşdüm ki, özüm səhvdəyəm və mənəm ki, nəsihətə möhtacam!” (“Biharul-ənvar”, 11-ci cild, səh.82; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.237.)

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap