header

 Tramp Suriyadakı məğlubiyyətin əvəzini Yaxın Şərq ölkələrinə yüklədi

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Suriyada sabitliyin təmin olunması üçün vəd etdiyi 230 milyon dollarlıq fondu başqa bölgələrdə istifadə etmək qərarı verdiyi açıqlamasından sonra bildirib ki, bu pulu ABŞ-ın əvəzindən Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki digər zəngin ölkələr ödəyəcək.

Tashaio.com-in məlumatına görə, Tramp məsələyə dair tvitter vasitəsi ilə bəyanatlar səsləndirib.

Tramp açıqlamasında belə deyib:

"ABŞ-ın Suriyaya verməyə hazırlaşdığı mənasız 230 milyon dollarlıq inkişaf ödəməsi dayandırıldı. ABŞ-ın əvəzinə bu pulu Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki digər zəngin ölkələr ödəyəcək. ABŞ-ın, ordumuzun və bizə kömək edən digər ölkələrin inkişaf etməsini istəyirəm!"

Xatırladaq ki, bundan əvvəl ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hether Nauert ABŞ-ın XİN rəhbəri Mayk Pompeo tərəfindən Ağ Ev ilə koordinasiya halında verilən son qətnaməyə görə, Suriyada İŞİD-dən təmizlənən ərazilərdə yenidən sabitliyin təmin olunması üçün verilməsi vəd edilən 230 milyon dollarlıq fondun başqa yerlərə xərclənəcəyi açıqlanmışdı.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya və bəzi Yaxın Şərq ölkələrinin terrorçuları maliyyələşdirməsi və silahla təmin etməsi nəticəsində Suriya yerlə-yeksan edilib, 100 minlərlə insan öldürülüb, evlərindən didərgin salınıb. Rusiya, İran və Türkiyənin birgə əməkdaşlığı nəticəsində terrorçulardan təmizlənmiş Suriyanın bərpası üçün hazırda milyardlarla dollar maliyyə vəsaiti lazımdır. ABŞ isə terrorçuların hələ at oynatdığı zamanlarda Suriyada istəyinə nail olacağını düşünərək yenidən bərpa üçün 230 milyon dollarlıq maliyyə vəd etmişdi. Amma proses qəfildən əksinə dönərək ABŞ-ın Suriyada məğlubiyyəti ilə nəticələndi. Görünür Tramp hökuməti ona bu məğlubiyyəti yaşadan bəzi Yaxın Şərq ölkələrini cəzalandırmaq üçün vəd etdiyi maliyyəni onların belinə yükləmək qərarına gəlib.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Suriyada sabitliyin təmin olunması üçün vəd etdiyi 230 milyon dollarlıq fondu başqa bölgələrdə istifadə etmək qərarı verdiyi açıqlamasından sonra bildirib ki, bu pulu ABŞ-ın əvəzindən Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki digər zəngin ölkələr ödəyəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap