header

 ANANIN HAQQI

İbrahimin oğlu Zəkəriyyanın özü, ata-anası və qohum-əqrəbası məsihi olsa da, neçə müddət idi ki, onun qəlbində İslama meyil oyanmışdı. Vicdanı və batini onu İslama dəvət edirdi.

İbrahimin oğlu Zəkəriyyanın özü, ata-anası və qohum-əqrəbası məsihi olsa da, neçə müddət idi ki, onun qəlbində İslama meyil oyanmışdı. Vicdanı və batini onu İslama dəvət edirdi. Nəhayət, o, ata-anası və qohum-əqrəbasının istəklərinə əks olaraq İslam dinini qəbul etdi. Həcc mövsümü gəlib çatdı. Zəkəriyya gənc oğlan idi. O, həcc ziyarəti məqsədi ilə Kufədən çıxdı və Mədinədə imam Sadiqin (ə) görüşünə getdi. İslam dinini qəbul etdiyini İmama söylədi. İmam buyurdu: “İslamın nəyi sənin nəzərini cəlb etdi?” Dedi: “Elə bu qədər deyə bilərəm ki, Allah-Taala Quranda Öz Peyğəmbərinə (s) belə buyurur:

وَكَذَلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا مَا كُنتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَكِن جَعَلْنَاهُ نُورًا نَّهْدِي بِهِ مَنْ نَّشَاء مِنْ عِبَادِنَا وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

“(Ey Peyğəmbər,) sənə də beləcə əmrimizdən olan bir vəhy göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Amma biz onu (Quranı) bəndələrimizdən istədiyimizə haqq yolu göstərmək üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən.”

İmam buyurdu: “Təsdiq edirəm ki, Allah səni hidayət edib.”

Sonra İmam üç dəfə buyurdu: “İlahi, Sən Özün ona yol göstər.” Daha sonra buyurdu: “Oğlum, indi hər nə sualın varsa, soruş.”

Zəkəriyya dedi: “Atam-anam və qohumlarımın hamısı məsihidir. Anam kordur. Mən onlarla birgə yaşayıram və məcbur olub onlarla bir yerdə yemək yeyirəm, bu halda mənim vəzifəm nədir?”

– Onlar donuz əti yeyirlərmi?

– Xeyr, ey Rəsulullahın övladı, heç əllərini də donuz ətinə vurmurlar.

– Sənin onlarla oturub-durmağının heç bir maneəsi yoxdur.

Sonra buyurdu: “Anandan muğayat ol. Nə qədər ki sağdır, ona yaxşılıq et. O öldükdə, cənazəsini başqasına tapşırma. Özün onun dəfn işlərini öhdənə götür. Bir də mənimlə görüşdüyünü heç kimə demə. Mən də Məkkəyə gələcəyəm. İnşallah Minada bir-birimizi görəcəyik.”

Zəkəriyya Minada İmamın görüşünə getdi. İmamın ətrafında izdiham var idi. Camaat öz müəllimlərini dövrəyə alan və ardı-arası kəsilmədən suallar yağdıran şagirdlər kimi, bir-birinin ardınca İmama sual verir və cavab eşidirdilər.

Həcc mövsümü sona çatdı və Zəkəriyya Kufəyə qayıtdı. İmamın tapşırıqlarını yadda saxlamışdı. Anasına xidmət etməyə başladı və bir dəqiqə də olsa, kor anasına mehribanlıq və məhəbbət göstərməkdən əl çəkmədi, ona öz əli ilə yemək yedirir, şəxsən anasının paltarları və başını yuyurdu. Oğlunun rəftarının dəyişməsi, xüsusilə, həcc səfərindən qayıdandan sonrakı rəftarı ananı təəccübləndirdi. Bir gün o, öz oğluna dedi: “Oğlum, axı sən əvvəllər bizim dinimizdə idin və səninlə mən bir dinə qulluq edirdik, o zaman mənə bu qədər mehribanlıq etməzdin, indi nə olub ki, səninlə mən ayrı-ayrı dinlərə xidmət etdiyimiz halda, mənə qarşı keçmişdəkindən daha çox mehribanlıq göstərirsən?”

–Anacan, Peyğəmbərimizin övladlarından biri mənə bu cür göstəriş verib.

– O kişinin özü də peyğəmbərdirmi?

– Xeyr, o, peyğəmbər deyil, amma Peyğəmbərin nəvəsidir.

– Mənim balam, güman edirəm ki, o özü də peyğəmbərdir, çünki bu cür tövsiyələr peyğəmbərlərdən gəlib.

– Yox ana, arxayın ol, o, peyğəmbər deyil, əksinə Peyğəmbərin nəvəsidir. Bizim Peyğəmbərimizdən sonra dünyaya bir daha peyğəmbər gəlməyəcək.

– Mənim balam, sənin dinin çox yaxşı dindir, öz dinin mənəöyrət.”

Zəkəriyya kor anasına “kəlmeyi-şəhadət”i öyrətdi. Ana namaz qılmağı öyrənib zöhr vəəsr namazlarını qıldı. Gecəolduqda, şam və xiftən namazlarını qılmağa da müvəffəq oldu. Gecənin sonuna yaxın, birdən anasının halı pisləşdi, oğlunu çağırıb dedi: “Mənim balam, mənə öyrətdiyin o sözləri bir də təkrarla.”

Zəkəriyya bir daha şəhadət kəlmələrini, İslamın sair əsaslarını, yəni peyğəmbər, mələklər, səmavi kitablar və qiyamət gününə iman gətirməyi anasına təlim verdi. Ana bütün bunları iqrar etdi və canını Allaha tapşırdı.

Səhər müsəlmanlar həmin qadına qüsl verib dəfn etmək üçün hazır oldular. Zəkəriyya öz anası üçün cənazə namazı qıldı və onu öz əli ilə torpağa tapşırdı. (“Üsuli-kafi”, 2-ci cild, səh.160-161; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.472.)

İbrahimin oğlu Zəkəriyyanın özü, ata-anası və qohum-əqrəbası məsihi olsa da, neçə müddət idi ki, onun qəlbində İslama meyil oyanmışdı. Vicdanı və batini onu İslama dəvət edirdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap