header

 Hicablı xanım ABŞ Konqresinin ilkin seçkilərində qalib olub

ABŞ-da Somali əsilli müsəlman deputat İlhan Omar Demokrat Partiyasının Minnesota ştatı üzrə 5-ci Konqres Bölgəsi üçün keçirilən ilkin seçkidə qalib olaraq, noyabr ayında Konqresin Nümayəndələr Məclisi üzvlüyü üçün keçiriləcək seçkilərdə partiyasının namizədi olacaq.

Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, İlhan Omar seçkidə Minnesota Əyalət Məclisinin sabiq sədri Anderson Kelliher kimi güclü namizədləri üstələyə bilib.

İ.Omar seçkidəki qələbəsindən sonra belə bir açıqlama ilə çıxış edib: “Bu gün burada qələbəmizi təbrik edirik, çünki həmyerlilərimizi kampaniyamıza daxil etdik və qazanmışıq. Kampaniya heyətimiz, könüllülərimiz və 5-ci Konqres bölgəsinin seçiciləri bizə hər gün oyanıb daha ədalətli və bərabərhüquqlu cəmiyyət üçün mübarizə etmək gücünü verdi”.

İlhan Omarın güclü bir liberal-demokratlar seçici bazası olan bölgədə seçkidə qalib olması gözlənilir. 36 yaşlı gənc siyasətçi seçkidə qalib olacağı təqdirdə, ABŞ-da Nümayəndələr Məclisinə seçilən ilk somalili müsəlman qadın olacaq.
2016-cı ildə Minnesota ştatında Demokrat Fermer-Fəhlə Partiyasının namizədi kimi ştatın Nümayəndələr Məclisinə seçilən İ.Omar, ABŞ-da əyalət məclisinə seçilən ilk somalili müsəlman və hicablı qadın olmuşdu.

Bu arada, digər bir gənc müsəlman qadın namizəd, 41 yaşlı Fələstin əsilli Rəşidə Tlaib keçən həftə Demokrat Partiyanın Miçiqan ştatında Senata namizədlik üçün keçirilən seçkidə birinci olmuşdu.

R.Tlaib və İ.Omar seçkilərdə qalib olacaqları təqdirdə, ABŞ-da Konqresə seçilən ilk müsəlman qadın adını qazanacaqlar.

ABŞ-da Somali əsilli müsəlman deputat İlhan Omar Demokrat Partiyasının Minnesota ştatı üzrə 5-ci Konqres Bölgəsi üçün keçirilən ilkin seçkidə qalib olaraq, noyabr ayında Konqresin Nümayəndələr Məclisi üzvlüyü üçün keçiriləcək seçkilərdə partiyasının namizədi olacaq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap