header

 Nəsrullah: "Hizbullah" İsrail ordusundan güclüdür

Livanın “Hizbullah” hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah müqavimətin 33-günlük müharibəsindəki qələbəsinin 12-ci ildönümünə həsr edilmiş mərasimdə çıxış edib.

Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Livanın “Hizbullah” hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah müqavimətin 33-günlük müharibəsindəki qələbəsinin 12-ci ildönümünə həsr edilmiş mərasimdə 2006-cı il baş vermiş bu müharibənin ABŞ-ın imperialist hədəflərinə uyğun olduğunu qeyd edərək bildirib ki, “amerikalılar və sionistlər müharibədən sonra müqaviməti məhv etməyə can atırdılar, lakin onlar uğursuzluğa uğradılar”.

Baş katib qeyd edib ki, əgər Livan 2006-cı ildəki müharibədə məğlub olsaydı, müharibənin davamına dair Sionist-Amerika planları Suriya, Fələstin müqaviməti, daha sonra da İran tərəfə də “üz” tutacaqdı.

“Hizbullah”ın hal-hazırda ən yaxşı vəziyyətdə olduğunu qeyd edən Seyid Həsən Nəsrullah bəyan edib: “Bu gün müqavimət öz imkanlar, təcrübə, inam, iradə və mərdliyinə söykəndiyindən İsrail ordusundan güclüdür”.

O həmçinin ABŞ və Səudiyyə Ərəbistanının “əsrin razılığı” planını həyata keçirmə cəhdlərinə toxunaraq bu planın iflasa məhkum olduğunu vurğulayıb.

“Hizbullah” hərəkatının lideri bildirib ki, müqavimət oxunun mübarizəsi və İran, İraq, Suriya və “Hizbullah”ın qələbəsi “əsrin razılığı” planının həyata keçirilməsinə mane olacaq.

Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzünə də toxunan Nəsrullah deyib ki, “yəmənlilər hökmən səud rejiminə qalib gələcək”.

ABŞ-ın İrana qarşı sanksiyalarını xatırladan Baş katib bildirib: “Rəsmi Vaşinqton İranı boykot edərək İran İslam Respublikasını devirməyə və onun qüdrətini sarsıtmağa çalışır, lakin onlar heç vaxt məqsədlərinə nail olmayacaqlar”.

Düşmənlərin hələ də İran və İran xalqını tanımadığını əlavə edən Nəsrullah “İranın həmişəkindən də güclü olduğunu” qeyd edib.

Livanın “Hizbullah” hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah müqavimətin 33-günlük müharibəsindəki qələbəsinin 12-ci ildönümünə həsr edilmiş mərasimdə çıxış edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap