header

 Allahın əzabından Onun özünə pənah aparaq!

Allahın əzab verdiyi insanlar müşriklər və kafirlər olmuşlar. Onlar Allaha iman bəsləmədikləri üçün bu əzablara layiq olmuşdular.

Qurani-Kərim buyurur: “Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür. De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən, onda məni zalımların dəstəsinə daxil etmə, ey Rəbbim!»”. (“Muminun” 92-94).

 

Bu ayələrdə Allah Öz sevimli peyğəmbəri olan İslam Peyğəmbərinə (s) dua və münacat etməyin yollarını öyrədir. Əslində Allah bu yolla bütün müsəlmanlara dua və münacat etməyi öyrətməyə çalışır. Hər kim Peyğəmbərin (s) ardıcılı olar, yaxşı bilər ki, əzab və İlahi cəza nədir. Kimlər bu əzaba düçar olmuş və aqibətlərini necə zay etmişdilər.

 

Allahın əzab verdiyi insanlar müşriklər və kafirlər olmuşlar. Onlar Allaha iman bəsləmədikləri üçün bu əzablara layiq olmuşdular.

 

Allah Təala bu ayələri ilə möminlərə xəbərdarlıq edir ki, hər kim Allahı, Qiyamət gününü inkar edər, kafir və müşriklərin sırasına qoşular. Özü Peyğəmbərinə (s) əmr edir ki, Ona müşriklərin və kafirlərin əzabına düçar olmamaq üçün dua etsin. Çünki bu əzabların bəziləri məhz dünyada insanlara nazil olmuş və onları yer üzündən silib aparmışdır.

 

Allah bu ayələri ilə eyni zamanda müşrik və kafirlərin də gözünü açmağa çalışmışdır ki, bəlkə qəflət yuxusundan ayılar və tövbə edərlər. (Həvzəh)

 

Hər bir halda heç kəs nə dünyada və nə də axirətdə İlahi əzabdan amanda deyildir. Ona görə də dualarımızda bu ayələrin bizə verdiyi dərsləri unutmayaq və Allahdan istəyək ki, bizləri bu əzablardan uzaq saxlasın. İlahi əzabdan nicat tapmaq üçün Allaha pənah aparaq!

Allahın əzab verdiyi insanlar müşriklər və kafirlər olmuşlar. Onlar Allaha iman bəsləmədikləri üçün bu əzablara layiq olmuşdular.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap