header

 İsrail rejim qüvvələri biri jurnalist olmaqla 15 fələstinlini saxladı

Sionist İsrail ordusunun verdiyi yazılı açıqlamada, Qərbi Şəriənin fərqli bölgələrində 15 fələstinlinin saxlanıldığı bildirildi.

Sionist İsrail ordusunun verdiyi yazılı açıqlamada, Qərbi Şəriənin  fərqli bölgələrində 15 fələstinlinin saxlanıldığı bildirildi.
 
Tashaio.com xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan fələstinlilərin dindirilmək üçün nəzarət mərkəzlərinə aparıldığı qeyd edildi.
 
Fələstin məlumat mənbələri, saxlanılanlar arasında yerli televiziya kanalında işləyən Ali Dar Ali adlı fələstinli bir jurnalistin olduğunu bildirir.
 
"Fələstin TV"- də işləyən Dar Alinin, Ramallah yaxınlığındakı evindən aparıldığı deyilir.
 
Saxlanılan şəxslər "terror hadisələrinin təşkilində iştirak etməkdə" ittiham olunurlar. 
 
Dar Ali, İsrail qüvvələri tərəfindən son iki həftə ərzində saxlanılan 8-ci fələstinli jurnalistdir.
 
Daha öncə saxlanılan 7 jurnalistdən 4-ü təqribən bir həftə nəzarətdə saxlanıldıqdan sonra, şərti olaraq sərbəst buraxılıb. 
 
İşğalçı İsrail rejim  həbsxanalarında 20-dən artıq fələstinli jurnalist saxlanılır.
 
İsrail qüvvələri, işğal olunmuş Qərbi Şəriə və Qüdsdə tez-tez evlərə hücum edərək müxtəlif iddialarla fələstinliləri nəzarətə alırlar.
 
Fələstin Əsrlər Cəmiyyətinin məlumatlarına görə İsrail həbsxanalarında təqribən 6000 fələstinli saxlanılır.
Sionist İsrail ordusunun verdiyi yazılı açıqlamada, Qərbi Şəriənin fərqli bölgələrində 15 fələstinlinin saxlanıldığı bildirildi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap