header

 Ərdoğan: ABŞ-dan olan malları boykot edəcəyik!

Onun sözlərinə görə, hazırda ölkəsinə qarşı “iqtisadi müharibə aparılır”.

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə ABŞ sanksiyalarına cavab olaraq ABŞ-dan olan elektron məhsulları boykot edəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hazırda ölkəsinə qarşı “iqtisadi müharibə aparılır”.

Əvvəllər belə şeylər daha gizli şəkildə edilərdi, indi isə onlar açıq şəkildə üzərimizə gəlirlər. Biz iki şey sərgiləyə bilərik: iqtisadi və siyasi mövqe. İqtisadi mövqedən biz tədbirlər görürük, Maliyyə Nazirliyimiz və xəzinə gecə-gündüz bunun üzərində çalışır. Bundan başqa, biz ABŞ-ın elektron məhsullarına boykot elan edəcəyik. Onların “iPhone”-nı varsa, lakin, digər tərəfdən də, Samsung var.”, - deyə Ərdoğan bəyan edib.

O həmçinin qeyd edib ki, Türkiyə yerli istehsal olan Vestel Venüs telefon markasından istifadə edəcək.

Onun sözlərinə görə, ölkəsi bütün zəruri olanları özü istehsal etmək qabiliyyətindədir.

Pulla xaricdən nəsə sifariş verməkdənsə, biz özümüz daha yaxşısını düzəldib və özümüz də onlara təklif edəcəyik. Xalqımız buna qadirdur. Biz ABŞ-dan PUA istəyən zaman, onlar (bizə) nə cavab verirdilər? “Konqres icazə vermir”. Onların bu “yox”u, bizim üçün müsbət nəticələr verdi. Hazırda biz özümüz onları (PUA-ları) istehsal edirik, heç bir problem də yoxdur. Özü də, bizə lazım olan qədər istehsal edirik.”, - deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, hazırda ölkəsinə qarşı “iqtisadi müharibə aparılır”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap