header

 İran və Azərbaycan prezidentləri görüşüb

İran və Azərbaycan Respublikası prezidentləri ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişlənməsini vurğulayıblar.

Tashaio.com İran mediasına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani dünən Qazaxıstanın Aktau şəhərində keçirilən xəzəryanı ölkələrin sammiti kənarında İlham Əliyev ilə görüşdə İranın iradəsinin Azərbaycan Respublikası ilə daha yaxın və səmimi əlaqələr qurmaq olduğunu bildirib. "Bu gün mövcud olan iradə vasitəsilə Tehran-Bakı əlaqə və münasibətləri səviyyəsində böyük dəyişikliyin şahidiyik", -deyə Ruhani qeyd edib.

İki ölkə xalqlarının dini və mədəni ortaqlıqlara malik olduqlarını önə çəkən İran prezidenti əlavə edib ki, Tehran Bakı ilə əlaqəni qonşuluq münasibətlərindən daha geniş və dərin qardaşlıq əlaqəsi bilir və bu əsasda qarşılıqlı əlaqələri daha da genişləndirmək ardıncadır.

Ruhani sözlərinin davamında qeyd edib ki, İran və Azərbaycan Respublikasının bədxahları iki ölkə əlaqələrinin yaxınlığından narahat və əsəbidirlər. O, deyib: "Tehran və Bakı öz əməkdaşlıq və koordinasiyaları səviyyəsini artırmaqla bədxahların iki ölkənin əlaqələrini pozmalarına icazə verməyəcəklər".

Azərbaycan Respublikası prezidenti də bu görüşdə vurğulayıb ki, ölkəsi İranla əməkdaşlıq və koordinasiyalar səviyyəsinin günbəgün artmasını istəyir və heç kəs iki ölkənin qardaşlıq əlaqələrinə xələl gətirə bilməz . "Son beş il ərzində iki ölkədə yaranmış tam etimadla Tehran-Bakı əlaqələri səviyyəsi keçmişlə müqayisəolunmaz əlaqələr səviyyəsinə yüksəlibdir.", -deyə Əliyev qeyd edib.

Azərbaycan prezidenti sözlərinin davamında bildirib ki,  Bakı daim İranın yanında olacaq: "Azərbaycan Respublikası Amerikanın İrana qarşı sanksiyalarını pisləyib və bizim İranla bağlı mövqeyimiz qardaşlığa və beynəlxalq hüquqlara əsaslanır."

İran və Azərbaycan Respublikası prezidentləri ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişlənməsini vurğulayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap