header

 Azərbaycan və Gürcüstanın Ərbəin ziyarətçiləri Biləsuvardan Kərbəlaya yola düşəcəklər

Ərdəbil Əyalətinin Səfər Xidməti İdarəsinin Nəqliyyat Komitəsinin sədri İmam Hüseynin (ə) Ərbəini münasibətilə ziyarətə gedən Azərbaycan və Gürcüstan vətəndaşlarının Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə Kərbəlaya yola düşəcəklərini xəbər verib.

Tashaio.com – Ərdəbil Əyalətinin Səfər Xidməti İdarəsinin Nəqliyyat və Yanacaq Komitəsinin dünənki iclasında komitənin sədri Əli Rəhməti əlavə edib ki, bu məqsədlə Biləsuvar gömrük-keçid məntəqəsində zəvvarları qarşılamaq üçün mokəblər yaradılacaq.

Əli Rəhməti ötən il Biləsuvar gömrüyü vasitəsilə 3550 nəfər azərbaycanlı və gürcüstanlı zəvvarın Ərbəin ziyarətinə yola düşməsini xatırladaraq deyib: “Onlardan 3150 nəfəri Azərbaycan, 400 nəfəri isə Gürcüstan vətəndaşı olmuşdur.”

Komitənin sədri zəvvarların daşınması üçün 71 avtobus ayrıldığını və bu il daha çox avtobus ayrılacağını qeyd edib.

Əli Rəhməti xarici zəvvarların qarşılanması üçün əyalətin hazır olduğunu bildirərək deyib: “Ötən il Ərdəbildən Ərbəin ziyarətində iştirak etmək üçün Kərbəlaya təqribən 7000 nəfər yola düşdü. Onların Mehrana aparılması 159 avtobus vasitəsilə həyata keçirildi.

Bu il də zəvvarların daşınması və İraqda yerləşməsinə dair lazımi tədbirlər həyata keçirilib.”

Ərdəbil Əyalətinin Səfər Xidməti İdarəsinin Nəqliyyat Komitəsinin sədri İmam Hüseynin (ə) Ərbəini münasibətilə ziyarətə gedən Azərbaycan və Gürcüstan vətəndaşlarının Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə Kərbəlaya yola düşəcəklərini xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-09-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap