header

 Səudiyyə rejiminin Hudeyda cinayətlərinə dair dəhşətli rəqəmlər

Bəhreyn İnsan Haqları Mərkəzi işğalçı Səudiyyə rejiminin koalisiyasının Yəmənin Hudeyda liman şəhərində törətdiyi cinayətlərinə dair hesabatını açıqlayıb.

Bəhreyn İnsan Haqları Mərkəzi işğalçı Səudiyyə rejiminin koalisiyasının Yəmənin Hudeyda liman şəhərində törətdiyi cinayətlərinə dair hesabatını açıqlayıb.

 

Tashaio.com Təsnimə istinadən xəbər verir ki, Bəhreyn İnsan Haqları Mərkəzinin verdiyi açıqlamaya əsasən, 26 mart 2015-ci ildən 2018-ci ilin iyun ayına qədər Səudiyyə rejiminin Hudeydaya etdiyi hücumlarında şəhid olan və yaralanan dinc insanların sayı 7217 nəfərə çatıb.

 

Hudeydada yaşayan dinc əhali Səudiyyə rejiminin bölgəyə qarşı müdaxiləsinin başlanmasından etibarən davamlı olaraq istilaçı koalisiya tərəfindən hədəfə alınıb. Hudeydadakı hücumlarda şəhid olan qadınların sayı 305, yaralanan qadın sayı isə 219-a çatıb. Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzkarlığının başlanmasından bu günə qədər Hudeydada 693 uşaq şəhid olub və 486 uşaq da yaralanıb. Koalisiyanın hücumlarında 2483 kişi şəhid oldu və 3031 kişi də yaralanıb. Bundan başqa 4952 ev, 18 qaçqın düşərgəsi, 688 kənd təsərrüfatı ərazisi, 26 kənd təsərrüfatı maşını, 216 tanker və su şəbəkəsi, 54 toyuq və heyvan təsərrüfatına ziyan dəyib və yararsız hala düşüb.

 

Digər tərəfdən, Səudiyyə rejiminin koalisiyasının hücumlarında Hudeydada 996 ticarət mərkəzi, 72 zavod, 70 rabitə şəbəkəsi, 85 bazar, 70 neft stansiyası, 393 balıqçı gəmisi, 614 prospekt və körpü, 55 elektrik stansiyası və 17 keçid istifadəyə yararsız hala düşüb. Səudiyyə rejiminin koalisiyasının qırıcıları tərəfindən Hudeydaya edilən hücumlarda 64 xəstəxana və tibb müəssisəsi, 124 məktəb, 12 universitet, 7 beynəlxalq təşkilat və 6 inzibati idarə binasına zərər dəyib. Koalisiya Hudeydada 195 ərzaq anbarı, 3 gəmi, 63 neft tankeri, 61 ada, 75 sahil, 28 tarixi əsər, 9 qəbiristanlıq və 86 məscidi hədəfə alıb.

 

Digər tərəfdən, Hudeyda beynəlxalq hava limanı Səudiyyə rejiminin işğalçı koalisiyası tərəfindən keçirilən hücumlarda demək olar ki, istifadəyə yararsız hala gəlib. Hudeyda limanına da bu hücumlarda böyük zərər dəyib.

 

İnsan Haqları Mərkəzinin açıqlamasına görə, Səudiyyə rejiminin istilaçı koalisiyası, Yəmənə qarşı müdaxiləsinin başlanğıcından etibarən 253 hökumət binası, 8 media mərkəzi, 17 idman zalı və 92 turist mərkəzinə hücum təşkil edib.

Bəhreyn İnsan Haqları Mərkəzi işğalçı Səudiyyə rejiminin koalisiyasının Yəmənin Hudeyda liman şəhərində törətdiyi cinayətlərinə dair hesabatını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap