Azərbaycan nefti yenidən bahalaşdı
Posted on : Ölkə 08/07/2018
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Tashaio.com bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,22 dollar bahalaşaraq 73,97 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,20 dollar artaraq 69,21 dollar olub.
Azərbaycan neftinin qiyməti də yenidən bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar bahalaşaraq 75,15 dollar təşkil edib.