Sipahilərin Hörmüz Boğazındakı təlimi başa çatıb
Posted on : iran 08/06/2018
Sipahi Ordusu Dəniz Qüvvələrinin Fars Körfəzi və Hörmüz Boğazında keçirdiyi böyük hərbi təlimin başa çatdığı açıqlanıb.
Sipahi Ordusu Dəniz Qüvvələrinin Fars Körfəzi və Hörmüz Boğazında keçirdiyi böyük hərbi təlimin başa çatdığı açıqlanıb.
Tashaio.com xəbər verir ki, Sipahi Ordusunun mətbuat katibi general Ramazan Şərif sözügedən hərbi təlimi Hörmüz Boğazının təhlükəsizliyini təmin etmək üçün Sipahilərin illik hərbi təlim proqramları çərçivəsində təşkil olunduğunu bildirib.
General Şərif Sipahi Ordusu Baş Komandanı general Məhəmməd Əli Cəfərinin Sipahi Dəniz Qüvvələri və Hava Kosmos Birliyi komandirlərini təlimi uğurla başa vurduqları dolayısıyla təbrik etdiyini ifadə edib.