header

 İŞİD terrorçuları Mosulu yenidən ələ keçirə bilər

İŞİD terror təşkilatı İraq-Suriya sərhəddində fəallığını artırıb və Mosul vilayəti yenidən işğal olunmaq təhlükəsi ilə üz-üzədir.

İŞİD terror təşkilatı İraq-Suriya sərhəddində fəallığını artırıb və Mosul vilayəti yenidən işğal olunmaq təhlükəsi ilə üz-üzədir. Tashaio.com "Anadolu" agentliyinə istinadən bildirir ki, bu iddia ilə Mosulun sabiq valisi Əsil ən-Nuceyfi çıxış edib.

İraqda sünnilərin nüfuzlu şəxslərindən sayılan sabiq vilayət rəhbər İraq Kürd Regional Rəhbərliyindəki mediaya açıqlamasında bildirib ki, son iki həftədə terrorçular fəaallığını artırıb və Mosulu ələ keçirmək üçün ciddi hazırlıq görürlər.

Terrorçuların maneəsiz iki ölkə sərhədindən asanlıqla keçdiyini bildirən ən-Nuceyfi, bu vəziyyətin sərhəddə yerləşən Mosul vilayətinin təhlükəsizlik və sabitliyini sual altına saldığını vurğulayıb.

Qeyd edək ki, İraqın şimalında yerləşən, Suriya ilə uzun səhra sərhədinə malik Mosul, 10 iyun 2014-cü ildə İŞİD terrorçuları tərəfindən işğal edilmişdi. Vilayət təxminən 3 il ərzində terrorçuların əlində qaldıqdan sonra İraq təhlükəsizlik qüvvələri tərəfindən 2017-ci ilin iyulunda işğaldan azad olmuşdu.

İŞİD terror təşkilatı İraq-Suriya sərhəddində fəallığını artırıb və Mosul vilayəti yenidən işğal olunmaq təhlükəsi ilə üz-üzədir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap