header

 3 ildən sonra - İran və Səudiyyə qarşılıqlı diplomatik nümayəndəliklərini açırlar

3 il fasilədən sonra İran və Səudiyyə Ərəbistanı qarşılıqlı şəkildə müvəqqəti diplomatik nümayəndəliklərinin açılması haqda ciddi danışıqlar aparırlar.

Tashaio.com əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi məlumat verib.

 

B.Qasimi hazırda Səudiyyə Ərəbistanı ilə davam edən danışıqlara diqqət çəkərək, bildirib ki, “dünya tezliklə iki ölkənin mənafelərini təmin edən rəsmi diplomatik ofislərinin qarşılıqlı şəkildə Tehran və ər-Riyadda açılmasının şahidi olacaq.”

 

İran rəsmisi bildirib ki, İran bu kimi siyasəti yürütməklə ABŞ-ın onu beynəlxalq arenada təcrid etmə cəhdlərini zərərsizləşdirəcək.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun komandasında olan BƏƏ və Bəhreyn 2015-ci ilin yanvarında İranla diplomatik əlaqələri dayandırmışdılar.

3 il fasilədən sonra İran və Səudiyyə Ərəbistanı qarşılıqlı şəkildə müvəqqəti diplomatik nümayəndəliklərinin açılması haqda ciddi danışıqlar aparırlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap