header

 Səudiyyə Yəməndə xəstəxanaya və bazara aviazərbələr endirdi; azı 185 ölü və yaralı

Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə növbəti cinayəti törədib.

Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə növbəti cinayəti törədib.  
 
Belə ki, ötən gün Səudiyyə Ərəbistanı və müttəfiqlərinə məxsus hərbi aviasiya Yəmənin Hudeyda şəhərinin mərkəzi xəstəxanası olan Əl-Sura xəstəxanasını ağır bombardmana məruz qoyub.   
 
Xəstəxananın ağır yaralıları qəbul edən zaman aviazərbələrə məruz qaldığı qeyd edilir. Koalisiya təyyarələri hərəkətdə olan təcili tibbi yardım avtomobillərini də hədəf alaraq partladıb.   Eyni zamanda Hudeyda şəhərində yerləşən balıq bazarı bombardmana məruz qalıb.  
 
Yəmən Səhiyyə Nazirliyinin mətbuat katibi Dr. Yusif Hathiri 55 nəfərin həyatını itirdiyini, 130 nəfərin isə yaralandığını bildirib.
 
 
Həyatını itirənlərin sayının artacağının istisna edilmədiyi qeyd olunub.
 
Qeyd edək ki, Səudiyyənin hücumlarına rəğmən liman şəhərinin böyük hissəsi hələ də Husilərin nəzarətindədir. Hudeyda şəhəri Yəmənə ərzaq və dərman yardımlarının keçid nöqtəsi olması səbəbilə əhəmiyyət daşıyır. 
Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə növbəti cinayəti törədib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap