header

 İsrail ordusu Qəzza zolağında bir fələstinlini qətlə yetirdi, yüzlərlə insanı yaraladı - FotoVİDEO

Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçiləri növbəti dəfə fələstinlilərə atəş açıb.

Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçiləri növbəti dəfə fələstinlilərə atəş açıb. 

Tashaio.com  "eastnews.org"a istinadən xəbər verir ki, atəş nəticəsində 25 yaşlı Əhməd Yaqi adlı fələstinli gənc həyatını itirib.

İsrail rejiminə məxsus tanklar Qəzzada Böyük qayıdış yürüşünün iştirakçılarını atəşə tutub, 220 nəfər xəsarət alıb. 

Bu məlumatı Qəzza zolağı Səhiyyə Nazirlyi də təsdiq edib. 

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin ötən gün yayımladığı məlumata görə, martın 30-dan etibarən start verilmiş Böyük Qayıdış yürüşü dinc aksiyalarında amansızlıqla öldürülmüş fələstinlilərin sayı 155 nəfər, yaralıların sayı isə 17 529 nəfər təşkil edir. 

İşğalçı İsrail rejim əsgərləri tərəfindən öldürülənlərdən 23 nəfər yaşı 18-dən aşağı olan uşaq və yeniyetmələrdir, üç nəfər isə qadındır. Statistikaya əsasən xəsarət alanların 3279 nəfəri uşaq, 1553 nəfəri isə qadındır.
 
Dörd ay davam etmiş aksiya zamanı iki tibb personalı öldürülüb, 360-ı isə həqiqi güllə və zəhərli qaz səbəbilə xəsarət alıb, 69 təcili yardım maşınına ziyan dəyib.
 
 
Ötən gün Qəzza zolağı ilə Fələstinin işğal olunmuş ərazisi sərhədində keçirilən “Böyük Qayıdış Yürüşü” zamanı işğalçı İsrail hərbçiləri növbəti dəfə fələstinlilərə atəş açıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap