header

 Fələstinli din xadimləri: İsrail süni zəlzələ ilə Əqsa məscidini dağıda bilər (FOTO)

Fələstinli din xadimləri İsrail rejiminin müqəddəs Qüds şəhərində süni zəlzələ yaradaraq əl-Əqsa məscidini uçurmaq planları barədə xəbərdarlıq ediblər.

Fələstinli din xadimləri İsrail rejiminin müqəddəs Qüds şəhərində süni zəlzələ yaradaraq əl-Əqsa məscidini uçurmaq planları barədə xəbərdarlıq ediblər.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, ötən ayın əvvəllərində Fələstinin işğal olunmuş ərazilərinin şimalında və yaxın bölgələrdə baş vermiş bir neçə zəlzələdən sonra fələstinli müsəlman və xristian ruhanilər bəyan ediblər ki, İsraildəki bəzi qüvvələr əl-Əqsa məscidini yerlə yeksan etmək, onun yerində isə Yəhudi Məbədini inşa etməyi planlaşdırırlar. Qeyd olunub ki, bu məqsədinə çatmaq üçün İsrail rejim rəhbərliyi Qüdsdə baş verən zəlzələlərdən istifadə edə, yaxud süni zəlzələlər yarada bilər.
 
Qüds şəhərinin sabiq müftisi, əl-Əqsa məscidinin xətibi Şeyx İkrima Səbri xəbərdarlığında bildirib ki, müqəddəs məbədin altında İsrailin apardığı qazıntı işləri dayanmaq bilmir, əksinə daha da gücləndirilib və daha riskli nəticələrə yol aça bilər:
 
"Bu qazıntı işləri qəbuledilməzdir, bu əməllər əl-Əqsa məscidinə qarşı amansızlıqdır. Bütün əlamətlər bunu göstərir ki, işğalçı rejim məscidi dağıtmaq üçün nəzə hazırlayır. Biz bundan xəbərdar olmalıyıq ki, işğalçılar məscidi dağıtmaq üçün, hətta zəlzələ belə yarada bilərlər. Artıq məscidin altında çoxşaxəli və dərin tunellər şəbəkəsi qazılıb".
 
 
Qüdsün Yunan Ortodoks kilsəsinin arxiyepiskopu Ətallah Hənna isə bunları deyib: "Baş verənlər təhlükəli bir planın tərkib hissəsidir, bu plan əl-Əqsa məscidinin dağıdılmasına yönəlib. Hər gün barəsində eşitdiyimiz süni zəlzələ söhbətləri bunu deməyə əsas verir ki, əl-Əqsanı və Qüdsdəki digər tarixi, dini abidələri dağıtmaq üçün böyük bir zəlzələ törədilə bilər".
 
Qeyd edək ki, buna bənzər fikirləri Qüdsün və Fələstin hökumətinin müftisi Məhəmməd Hüseyn, həmçinin İsraildə İslam Hərəkatının Şimal Qanadının sədr müavini Kamal əl-Xətib də səsləndirib.
 
Bundan başqa İordaniyanın "əl-Düstur" gündəlik qəzetinin əməkdaşı Kamal Zəkərnə yazıb ki, Fələstinin işğal olunmuş ərazilərində baş vermiş son zəlzələlər işğalçı rejimin yerin altında həyata keçirdiyi nüvə, yaxud digər dağıdıcı silahın sınaqları ilə əlaqədardır.
 
İsrail rejimi bu silahları məhz əl-Əqsa məscidini, Qübbətüs-səhranı və Müqəddəs Qəbir kilsəsini dağıtmaq üçün inkişaf etdirir.
Fələstinli din xadimləri İsrail rejiminin müqəddəs Qüds şəhərində süni zəlzələ yaradaraq əl-Əqsa məscidini uçurmaq planları barədə xəbərdarlıq ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap