header

 Danimarkada hicab qadağasına etiraz

Danimarkada pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsinə etiraz edən yüzlərlə sakin Kopenhagendə etiraz aksiyası keçirib.

Danimarkada pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsinə etiraz edən yüzlərlə sakin Kopenhagendə etiraz aksiyası keçirib.
 
Tashaio.com "azertac"a istinadən xəbər verir ki, Danimarka paytaxtının küçələrinə çıxan hicablı qadınlar əllərində üzərində "liberal ikiüzlülük” və digər şüarlar yazılmış plakatları daşıyıblar. Etirazçılar Danimarka hökumətini qadağanın qəbulu ilə qeyri-demokratik addım atmaqda ittiham ediblər.
 
Aksiyada iştirak edən hüquq müdafiəçiləri, öz növbəsində, bu qanunun qadın hüquqlarının pozulması kimi qiymətləndirərək, onun müsəlman miqrantların Danimarka cəmiyyətinə daha yaxşı inteqrasiyasına maneə olduğunu bildiriblər.
 
Xatırladaq ki, pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsi cari ilin mayında Danimarka parlamentində səs çoxluğu ilə qəbul edib. Layihəyə əsasən, qanunu pozanları 1000 Danimarka kronu (təxminən 134 avro), təkrar pozanları isə 10 min kron (1340 avro) məbləğində cərimə gözləyir.
 
Danimarka parlamenti bu qadağanın qoyulması məsələsini ilk dəfə 2009-cu ildə qaldırıb.
 
Qeyd edək ki, oxşar qadağalar Avstriya, Bolqarıstan və Fransa da tətbiq olunur.
Danimarkada pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsinə etiraz edən yüzlərlə sakin Kopenhagendə etiraz aksiyası keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap