header

 Əhli-beyt (ə) Məktəbinin Möhkəmlənməsində Səfəvilərin Rolu konfransı keçiriləcək

Ərdəbil əyalətinin İslami irşad və mədəniyyət idarəsinin müdiri Seyid Nasir İshaqi “Əhli-beyt (ə) Məktəbinin Möhkəmlənməsində Səfəvilərin Rolu” mövzusunda konfransın keçiriləcəyindən xəbər verib.

Ərdəbil əyalətinin İslami irşad və mədəniyyət idarəsinin müdiri Seyid Nasir İshaqi “Əhli-beyt (ə) Məktəbinin Möhkəmlənməsində Səfəvilərin Rolu” mövzusunda konfransın keçiriləcəyindən xəbər verib.

Qafqaz Mədəniyyət Mərkəzi – Seyid Nasir İshaqi Ərdəbil Əyaləti Ümumi Mədəniyyət Şurasının iclasında deyib: “İslami İranın kimliyinin dirçəldilməsi bizim üçün bir prinsipdir. Elə bu məqsədlə də səylərimiz bu məsələyə yönəlmişdir.”

“Ərdəbil Günü”nü İran xalqının tarix və keçmişini tanıtmaq təzahürü adlandıran Seyid Nasir vurğulayıb: “Şeyx Səfiyəddin Ərdəbili sülaləsinin İranda şiəliyin möhkəmlənməsində böyük rolu olmuşdur. Ona görə də bu sülalənin işləri İslami İranda böyük əhəmiyyətə malikdir. Bu zəmində bizim vəzifəmizdən biri də “Ərdəbil Günü” proqramlarını əzəmətli şəkildə keçirməkdir.”

Ərdəbil əyaləti İslami irşad və mədəniyyət idarəsinin müdiri “Əhli-beyt (ə) məktəbinin möhkəmlənməsində Səfəvilərin rolu” konfransının dəvətinin açılışını xəbər verərək deyib: “Əhli-beyt (ə) məktəbinin möhkəmlənməsində Səfəvi sülaləsinin roluna diqqət etmək, bu konfransın keçirilməsinin əsas məqsədidir. Bu işin həyata keçməsi üçün lazım olan tədbirlər görülmüşdür.”

Şeyx Kəlxuran Ərdəbili kompleksi haqqında da açıqlama verən İshaqi aidiyyatı orqanlardan Səfəvi sülaləsinə aid tarixi abidələrə və binalara diqqət yetirmələrini, lazım olan təmir işləri həyata keçirmələrini istəyib.

İslami irşad və mədəniyyət idarəsinin müdiri Əhli-beyt (ə) məktəbinin möhkəmlənməsində Səfəvilərin rolu barədə “Əz Arte vil ta Artavil” və “Şərhi-Səfa” kitablarını təsirli sayıb.

Ərdəbil əyalətinin İslami irşad və mədəniyyət idarəsinin müdiri Seyid Nasir İshaqi “Əhli-beyt (ə) Məktəbinin Möhkəmlənməsində Səfəvilərin Rolu” mövzusunda konfransın keçiriləcəyindən xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap